Ford şirkəti yeni nəsil SYNC 4 multimedia kompleksini təqdim edib. Yeni sistem gələn ildən başlayaraq markanın bütün avtomobillərində tətbiq ediləcəkdir. Əsas yenilik - smartfon Apple CarPlay və Android Auto tətbiqlərinin köməkliyi ilə multimedia sisteminə kabel olmadan birləşəcəkdir.
SYNC texnologiyası Ford avtomobilinin sahibinə istismar kitabçasını vərəqləmək və özü ilə kabel daşılmaq məcburiyyətini aradan qaldırıb. Artıq multimedia sistemində istismar kitabçasının elektron surəti vardır və onun məlumatlarını ekrana çıxarmaq olar. Bulud texnologiyaları sistemi hava ilə (Over the Air,OTA) yeniləməyə imkan verir. Elektron kitab funksiyası yarım ildən sonra əlçatan olmalıdır.
SYNC 4 kompleksinin naviqasiysa sistemi yoldakı vəziyyət haqqında məlumatı real vaxt rejimində təqdim edir, səslə idarəetmə funksiyası isə təkcə əvvəlcədən yazılmış komandaları deyil, həmçinin təbii komandaları da tanıyır. Yeni sistem bütün ölçüdə olan displeylərlə - əlçatan 8-düymlükdən başlamış 15,5-düymlüyə qədər təklif ediləcəkdir.