Ford şirkəti bir vaxtlar populyar ofroder olan Bronco modelinin yeni nəslini Miçiqandakı zavoda istehsal etmək niyyətindədir. Bu barədə Detroit Free Press agentliyinə, amerikan avtomobil sənayesinin həmkarlar ittifaqının bölmələrindən birinin rəhbəri Bill Conson məlumat vermişdir.
Nəşr Consona ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan Donald Trampın söylədiklərinə şəhr verməyi xahiş etmişdir. 2015-ci ilin sentyabrında Tramp yığcam modellərinin istehsalının Miçiqndan Meksikadakı zavoda keçirdilməsini tənqid etmişdir. Consonun sözlərinə görə, fəhlələr Ford avtomobillərinin istehsalının Meksikaya köçürülməsini istəmirlər, lakin Bronco modelinin Miçiqandakı müəssisədə istehsalı onların gələcəyə olan ümidlərini artıracaqdır.
Hazırda bu zavodda 3700 nəfər insan çalışır. Ford Bronco modeli 1966-cı ildən 1996-cı ilə qədər istehsal edilmişdir. Beş nəsli olan bu avtomobilin yenidən buraxılacağı barədə saiyələr dəfələrlə səsləndirilmişdir.
2004-cü ildə Bronco modelinin konsepti nümayiş etdirilsə də, sonunda avtomobilin buraxılışı qeyri-müəyyən müddətə təxirə salınmışdı.