Artıq uzun müddətdir ki, Ford şirkətinin məşhur Bronco ofroderini yenidən buraxmaq niyyətinin olması barədə söz-söhbətlər səngimək bilmir. Bu günlərdə dərc edilən məlumata əsasən, amerikan istehsalçısı Bronco modelini Braziliyada satılan Troller ofroderinin əsasında hazırlamaq istəyir. Belə ki, Braziliyada istehsal edilən üç qapılı ofroderdən fərqli olaraq Bronco beş qapılı kuzov ilə buraxılacaqdır.
Great Patrol nəşrinin şirkət daxilindəki mənbələrinin verdiyi məlumata görə, Fprd Bronco modelinin əsas rəqibi məşhur Jeep Wrangler ofroderi olacaqdır. Ford rəhbərliyi Bronco modelinin “Renqler” kimi imkanlara malik olmasını arzulayır.
Yeganə istisna iri daşları qət etmək qabiliyyətidir. Nəşrin müsahibinin bildirdiyinə görə, bunun əsas səbəbi modelin konstruksiyası ilə bağlıdır. O, həmçinin Bronco modelinın Ranger pikapının ramasında hazırlanacağını da bildirib.
ilk Ford Bronco
Eyni zamanda, Ford Bronco modelinin qət edəcəyi çay keçidinin dərinliyinin 500 mm olacağı məlumdur. Ofroder 330 at qüvvəsi hasil edən 2,7-litrlik V6 mühəriki ilə hərəkətə gələcəkdir. Ofroderin hibrid güc aqreqatı ilə təchiz edilmiş variantının buraxılacağı da istisna edilmir.
Ford Bronco modelinin yenidən buraxılacağı haqqında məlumat bu ilin yanvarında peyda olmuşdur. Modelin 2020-ci ildə təqdim ediləcəyi də açıqlanmışdır. Ford şirkətnin başçısı Co Hinriks modelin müştərilərin çoxsaylı müraciətləri əsasında bərpa edildiyini bildirib.
Ford Troller