Amerikan istehsalçısı 2020-ci ilə qədər cari modellərin 75 faizini dəyişmək fikrindədir. Əsas güc pikap, krossover, hibrid, elektromobil və kommersiya avtomobillərinin buraxılmasına yönəldiləcəkdir. Bundan başqa, Performance xəttinin genişləndirilməsi nəzərdə tutulur. Yaxınlarda amerikan istehsalçısı “qaynar” Explorer ST ofroderini təqdim edəcəkdir.
Yeni strategiyanın tərkib hissəsi kimi, ən populyar modellərin hibrid modifikasiyalarının buraxılması olacaqdır. Bunlar Ford F-150 pikapı, Mustang “əzələ” kupesi, Explorer, Escape və Bronco ofroderləridir. Eyni zamanda, elektrokarlar xətti də genişlənməlidir. Ford 2020-ci ildə elektrik sportkarını buraxacaqdır ki, bu idman avtomobili 2022-ci ildə buraxılması planlaşdırılan altı elektrik modeldən biri olacaqdır. Bütün Ford modelləri 4G LTE rabitə standartlarını dəstəkləyəcək, həmçinin Co-Pilot360 təhlükəsizlik sistemləri kompleksinə malik olacaqdırlar. Bu kompleksin tərkibinə piyadaları aşkar edərək avtomatik əyləcləməni həyata keçirən sistem, kor zonaların monitorinqi sistemi, zolaqda saxlama funksiyası,həmçinin avtomatik uzaq işıqları və arxa görüntü kamerası daxil olacaqdır.
2019-cu ildə daha bir yeni modelin = Shelby GT500 kupesinin işıq üzü görməsi gözlənilir. Bu avtomobil amerikan markasının tarixində olan ən güclü model olacaqdır. Kompressorlu V8 mühərriki ilə təchiz ediləcək avtomobil 700 at qüvvəsinə malik olacaqdır.