Bu günlərdə İnternet şəbəkəsində Ford Bronco Sport krossoveri haqqında məlumat peyda olub. Bu, yeni avtomobillər sifarişi üçün nəzərdə tutulmuş diler sistemindən alınmış məlumatlardır. Sistemdən edilmiş skrinşotlarda, Ford Escape modelinin platformasında inşa edilmiş, EcoBoost ailəsindən olan turbomühərriklər və 8-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz Olunmuş yeni krossoverin bir neçə təchizat səviyyəsində təklif ediləcəyini göstərir.
İri ölçülü Ford Bronco modeli ilə birlikdə ayrıca subbrendə aid ediləcək Bronco Sport modeli, Escape/Kuga krossoverlərinin uzadılmış C2 platformasında inşa edilibdir. Bundan əlavə, Ford sifariş sisteminin məlumatlarına əsasən, modellər hətta ümumi güc qurğularına da sahib olacaqdırlar: bunlar, 8 diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan 1,5-litrlik üçsilindlri və 2,0-litrlik dördsilindrli turbomühərriklərdir. Bronco Sport standart olaraq tam ötürmə sistemi ilə təchiz ediləcəkdir ki, Ford Escape modeli üçün bu sistem opsiyadır.
Yeni krossoveri beş təchizat səviyyəsındə təklif edəcəklər. Üstəlik, alıcı, arasında ekzotik Area 51 çaları olan 10 kuzov rəngindən, damın iki rəngə boyaması variantından və üç salon tərtibatından seçin edə biləcəkdir. Krossoverin avadanlıqların siyahısına dəri ilə üzlənmiş sükan, iki zonalı klimat-kontrol, elektriklə tənzimlənən və qızdırılan ön oturacaqlar, qadcetlərin naqilsiz doldurulması və altı dinamikli səs sistemi daxil edilibdir.
Daha iri Ford Bronco modeli Ranger pikapının T6 platformasına əsaslanacaq və onunla mühərrik çeşidini bölüşəcəkdir. Xatırladaq ki, Ford Ranger modeli 271 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən iki turbokompressoru EcoBoost mühərriki və 10 diapazonlu «avtomat» ilə hərəkətə gəlir. Bundan başqa, Ford Bronco modelinin Ford F-150 pikapından tanış olan 329 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 2,7-litrlik V6 mühərrikini əldə etmək şansı da vardır.