Ford şirkəti Sport indeksinə sahib ən ucuz Bronco ofrouderinə həsr olunmuş yeni reklam çarxını təqdim edib. Şirkət videoçarxda G.O.A.T. abbreviaturasından istifadə etməyə qərar verib. Xatırladaq ki, G.O.A.T. (Goes Over Any Type Terrain ) yeddi ofroud hərəkət rejimi olan sistemin adıdır və “istənilən ərazidən keçəcək” mənasını verir. Digər tərəfdən "goat" sözünün ingilis dilindən “keçi” kimi tərcümə olunur.
Bir dəqiqəlik videoda, qarlı dağlarda tərk edilmiş və dağ keçiləri sürüsünə rast gəlmiş bir ayğırdan bəhs olunur. Heyvanlar çarəsiz qalmış gənc atı “övladlığa götürməyə” qərar verirlər və tədricən ona qarda, buzda və dağlıq ərazidə çevik hərəkət etmək üçün gərək olan hərəkətləri öyrədirlər. Onların nəzarəti altında ayğır böyüyür və güclənir, nəticədə o, dözümlü və güclü bir ata çevrilir - bu anda Ford Bronco Sport ofroudeei ilə paralellər gətirir.
Reklamın çəkilişləri Kanada ilə sərhəddə olan Vaşinqton əyalətindəki Beyker dağının ətəyində çəkilib. Videoda kaşemir keçiləri və iki əndülüs aygırı çəkiliblər: ayğırlardan birincisi, bir yarım aylıq Lukas çarxın əvvəlində görünür və videonun sonunda Hammer adlı yetkin bir ata “çevrilir”.
“Bu, böyük potensiala sahib olan bir avtomobildir və biz onları vurğulamağa çalışdıq. Keçilərin dəhşətli dərəcədə inadkar olduğunu düşünürdük və onlara nəyi isə etməyə məcbur edə biləcəyimizi düşünmürdük. Ancaq məlum oldu ki, onlar özlərini olduqca yaxşı aparırlar - əlbəttə ki, çox şey istəmirdik”, - Ford şirkətinin reklamlarını çəkən agentliyin yaradıcı direktoru Stuart Cenninqs heyvanlarla işləmək barədə təəssüratlarını bölüşüb.
Ford Bronco Sport modeli keçən ilin iyul ayında “böyük” Bronco ilə birlikdə debüt edib. Ramalı qardaşından fərqli olaraq, Bronco Sport önötürməli platformada inşa edilir və dartma qüvvəsinin bir hissəsini arxa oxa ötürülməsini təmin edən mufta ilə təchiz olunur.
Ford Bronco Sport modelinin mühərrik çeşidinə 184 at qüvvəsi və 257 Nm fırlanma anı hasil edən 1,5-litrlik EcoBoost turbomühərriki, habelə 284 at qüvvəsi və 373 Nm fırlanma anı təklif edən 2,0-litrlik turbomühərrik daxildir. Hər iki mühərrik, alternativsiz olaraq, səkkiz pilləli “avtomat” ilə birlikdə çalışır. Bronco Sport modelinin baza modifikasiyasının ABŞ-dakı satış qiyməti 26.820 dollardan başlayır.