Ford şirkəti çimərlikdə dincəlməkdən, sörfinqdən və Amerikanın qərb sahilinin qayğısız həyat tərzindən ilhamlanaraq yaradılmış Bronco Riptide konseptini təqdim edib. Avtomobil marka kataloqundan olan aksesuarlarla, həmçinin istehsalçının özü tərəfindən sertifikatlaşdırılmış komponentlərlə tamamlanan Sasquatch paketi ilə təchiz edilmiş adi krossoverdir. Belə Bronco ofrouderini almaq mümkün deyil - amma hər kəs oxşar avtomobili sərbəst şəkildə yığa bilər.
Riptide (belə terminlə dağıdıcı axın işarələnir) yeni Bronco modelinə əsaslanan üçüncü tematik konseptdir. İlk iki ofrouder Bronco OG və Bronco + Filson Wildland Fire Rig adlanırdı və onlar, müvafiq olaraq, overlendinqə və meşə yanğınları ilə mübarizəyə həsr olunmuşdular. İndi isə, Ford diqqəti çimərlik həvəskarlarına yönəldib və sörferlərə ünvanlanmış krossoveri yaradıb.
Ilkin olaraq, Bronco Riptide modelini tropik ölkələrin sahillərini yuyan okeanın rəngini xatırladan Velocity Blue rənginə boyayıblar. Ofrouderin oturacaqları qara və boz rəngli suya davamlı yaxta vinili, döşəməsi isə asan yuyula bilən rezin xalçalar ilə örtülüb.
Bronco modeli Bimini torlu dama, Yakima velosiped bərkitməsini, RIGID firmasının LED işıqlandırmasını, güzgülərdəki əlavə fənərləri və poladdan hazırlanmış eksklüziv ön bamperi alıb.
Layihənin əsasının Bronco Sasquatch olduğunu nəzərə alsaq, ofrouderin xarici diametri 35 düym olan şinlər, opsional bedlokları olan 17-düymlük diskləri, elektron kilidləri olan Dana 44 AdvanTEK körpüləri, zərbələri yumşaldan ucluq klapanları olan uzun gedişli Bilstein amortizatorları, 4.7: 1 nisbətli baş ötürmə və yeddi profili olan G.O.A.T. hərəkət rejimləri sistemi ilə təchiz edildiyini söyləmək mümkündür.
Riptide modelinin kapotunun altında 314 at qüvvəsi və 542 Nm fırlanma anı hasil edən 2,7-litrlik V6 EcoBoost mühərriki yerləşir. Transmissiya - 10-pilləli avtomatik SelectShift ötürmələr qutusudur. Yolsuzluqda rahat hərəkəti təmin etmək üçün Trail Control ofroud kruiz-kontrolu, Trail One-Pedal Drive bir pedalla hərəkət funksiyası və Trail Turn Assist manevr köməkçisi nəzərdə tutulub.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.