Ford şirkətinin Bronco modeli olduqca böyük tələbata malikdir: amerikan istehsalçısı yeni ofrouderə 125.000 sifariş toplamağa müvəffəq olub. Lakin istehsalçı belə bir sifarişi tez bir zamanda yerinə yetirmək imkanına malik deyil. Ford şirkəti sifariş etdiyi avtomobili gözləyən müştərilərinin əsəbləşməsini istəmir və xüsusi bir fəndə əl atıb.
Cars Direct nəşrinin bildirdiyinə görə, Ford şirkətinin hər bir dilerinin girişi olan xüsusi fond mövcuddur. Bu fonddan uzun müddət sifarişi gözləyən müştəriyə həddiyə almaq üçün min dollar götürmək olar. Eyni məbləği artıq Bronco ofrouderini əldə etmiş, lakin onun keyfiyyətindən narazı olan müştərilərə hədiyyə almağa da xərcləmək olar.
Bununla belə, istehsalçı dilelərə müştərilərə hansı hədiyyəni almağı da tövsiyyə edir. Məsələn, avtomobil aksessuarları və opsiyalar ilə yanaşı, müştərilərə alkoqollu içkiləri də hədiyyə etmək tövsiyyə olunur. Bu ideya bir qədər qəribə görünə bilər, çünki avtomobil idarə etmək və alkoqollu içki içmək bir-birinə zidd məfhumlardır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.