İyirmi il əvvəl Ford şirkəti Texasda yerləşən və 3,3 kvadrat kilometrlik ərazini əhatə edən, ABŞ-ın ən böyük (və ən varlı) rançosu olan King Ranch ilə əməkdaşlığa başlayıb. Amerikan istehsalçısı bu coğrafi məkanın şərəfinə zəngin avadanlığı olan Ford F-150 King Ranch pikapını da buraxmışdı. Artıq belə versiyaya F seriyasından olan pikaplar və ramalı Expedition ofrouderi də sahibdir. İndi isə növbə Ford Explorer krossoverinə çatıb.
King Ranch indeksli modelin əsas xüsusiyyəti bahalı qəhvəyi dəri (təkcə oturacaqlar deyil, həm də dirsəkaltılar) örtülmüş salonu, ön paneldəki ağac şponundan işləmələr, zəngin dekor və kuzovdakı iri emblemlərdir. Salonda Texas fermasının çoxsaylı loqotiplərini görmək zəngin olar. Ancaq avadanlıq siyahısı heç də maksimal deyil: çox konturlu ön oturacaqlar, mediasistemin 10-düymlük şaquli planşeti və Bang&Olufsen səs sistemi hələ də opsiyalar siyahısına daxildirlər.
Ford Explorer King Ranch modeli yalnız 370 at qüvvəli 3,0-litrlik V6 Ecoboost benzin turbomühərriki və 10-pilləli "avtomat" ilə təklif olunur. Hibrid versiya nəzərdə tutulmayıb. Üstəlik, Explorer King Ranch model çeşidində olan ən bahalı modifikasiya deyil. Arxa ötürməli King Ranch modelinin qiyməti 52.350 dollar, tam ötürməli versiyanın isə 54.350 dollardır. Xatırladaq ki, qara dəri salona və alternativsiz tam ötürmə sistemi olman Platinium krossoveri King Ranch versiyasından cəmi 130 dollar bahadır.