Ford şirkəti,Çin bazarında satılacaq yeddi yerlik Equator modelini təqdim edib. Ford Explorer modelindən daha kiçik və ucuz olacaq yeni krossover fərqli eksteryer və interyer dizaynına, ikimərtəbəli optikaya və önötürməli şassiyə malikdir.
Forma faktoru və ölçüləri baxımından Ford Equator modeli Explorer krossoverinə bənzəsə də, texniki cəhətdən modellər arasında ortaq heç nə yoxdur. Yeni modelin əsasını önötürməli və eninə yerləşən mühərrikə malik olan platforma təşkil edir. Xatırladaq ki, Explorer modeli arxa ötürməli platformaya əsaslanır və mühərrik uzununa yerləşir.
Ford Equator modelinin uzunluğu 4905 millimetr, eni - 1930 millimetr, hüncdürlüyü isə 1755 millimetr təşkil edir. Bu, “Mavi Ovalın” Toyota Highlander krossoverinə rəqib yaratdığından xəbər verir. Nümayiş etdirilən krossover altı nəfərlik Titanium top versiyasındadır.
Belə modifikasiya ikinci sıranın fərdi oturacaqları, arxa sərnişinlər üçün ayrı-ayrı iqlim zonaları, 20-düymlük beşqollu yüngül lehimli disklər,i ağacdan dekor və ikirəngli dəri ilə üzlənmiş oturacaqlar, ön panel və qapı kartları ilə təchiz edilir. Bununla birlikdə, 2 + 3 və ya 2 + 3 + 2 sxeminə malik olan beş və ya yeddi nəfərlik salon konfiqurasiyası ilə təchiz edilmiş daha ucuz modifikasiyalar da olacaqdır.
Bütün Equator modellərinin əsas “fişkası” cihazlar panelinin və multimedia sisteminin funksiyalarını özündə birləşdirən nəhəng geniş ekrandır. Ayrıca, bütün krossoverlərdə avtomatik transmissiya selektorunun əvəzinə şayba və smartfonların simsiz doldurma meydançası olan “süzən” mərkəzi konsol quraşdırılıb.
Krossoverin kapotunun altında 224 at qüvvəsi hasil edən 2,0-litrlik dördsilindrli EcoBoost turbomühərriki yerləşdirilib. Transmissiya haqqında məlumat rəsmi olaraq təsdiqlənməyib: Çin mediası yeni modelin 8-pilləli “avtomat” ilə təchiz ediləcəyini proqnozlaşdırır, lakin tam ötürmənin mövcudluğu sual altındadır.
Çində Ford Equator modeli bu ilin birinci rübün sonuna qədər satışa çıxarılacaqdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin Equator yerli JMC-Ford zavodunda yığılacaq və Çində 310.000 yuana satılan Ford Explorer modelindən daha ucuz olacaqdır.