Ford şirkəti Explorer modelinin “drayver” versiyasını təqdim edib - indi 406 at qüvvəsinə malik olan “bərkgedən” ST versiyasının həm satınalma zamanı, həm də gündəlik istifadədə qənaət etməyə imkan verən arxa ötürməli variantını da seçmək olar.

2022-ci model ilinin Explorer krossoveri üçün nəzərdə tutulmuş digər yeniliklər arasında “qaynar” Explorer ST-Line versiyası da var. “Qaynar” versiya eyni kuzov dəstinə və dekora malik olsa da, idman şassisi və altısilindrli mühərriki ilə təklif edilmir. Lakin belə versiya interyerin genişləndirilmiş fərdiləşdirilmə variantlarından və güc aqreqatlarını seçmindən yararlanmağa imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu günə qədər Ford Explorer ST modelinin xüsusiyyətləri arasında yenidən tənizmlənmiş asqı sistemi, 406 at qüvvəsi və 563 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 EcoBoost turbomühərriki, alternativsiz tam ötürmə sistemi və idman dekoru var idi.

2022-ci model ilinin Explorer ST modelinin eksklüzivliyi bir qədər azaldılıb - 406 at qüvvəli turbomühərriki ən yüksək King Ranch və Platinum təchizat səviyyələri üçün də sifariş etmək olar. Texniki hissəyə müdaxilə edilmədən idman görünüşünə malik olmaq istəyənlər üçün isə, yeni ST-Line versiyası nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt

Digər tərəfdən, ofrouderin model xəttində arxa ötürməli Explorer ST peyda olub - belə bir versiya tam ötürməli versiyadan daha ucuz və daha qənaətcil olmalıdır. Stabilizasiya sisteminin söndürülməsi halında isə, üç sıralı krossover ilə drift etmək də mümkün olacaqdır.

Ford şirkəti hələlik arxa ötürməli Explorer ST modelinin qiymətini və dinamik göstəricilərini açıqlamayıb. Amma ST-Line versiyasının “bərkgedən” ST modelindən 7560 dollar ucuz olacağı və 304 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,3-litrlik dördsilindrli turbomühərriklə təchiz ediləcəyi məlumdur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.