Ford şirkəti F-150 modelinin hibrid variantı ilə yanaşı, yalnız elektrik mühərriki ilə təchiz edilmiş modifikasiyasını da buraxacaqdır. “The Detroit News” nəşrinin bildirdiyinə görə, Deutsche Bank Global Automotive Conference beynəlxalq konfransında çıxış edən Ford şirkətinin qlobal bazarlar üzrə prezidenti Cim Farli bu barədə məlumat verib.
“Biz F-Seriyasını elektrikləşdirməyə hazırlaşırıq, - Farli söyləyib. – Hibrid güc aqreqatı ilə təchiz ediləcək avtomobillərlə yanaşı, pikapın tam elektrik versiyası da olacaqdır”. Bununla belə, yüksək vəzifəli şirkət nümayəndəsi elektrik modelinin debüt tarixini açılamaqdan imtina edərək, bu addımın “gələcək üçün nəzərdə tutulduğunu” bildirib.
Bu xəbər bir çoxları üçün gözlənilməz olub və “Fox News” agentliyi, məsələyə açıqlıq gətirmək məqsədi ilə, Ford şirkətinin Şimali Amerka üzrə əlaqələndiricisi Mayk Levinə müraciət edib. Levin Farlinin sözlərini təsdiqləyərək söhbətin “tam elektrik F-150 modelindən” getdiyini bildirib.
Hal-hazırda məlum olan, Ford F-150 modelinin növbəti nəslinin 2020-ci ildə debüt edəcəyidir. Şirkət modernizasiya ediləcək pikapın hibrid güc qurğusu ilə təchiz ediləcəyini təsdiq edib.