Ford şirkəti amerikan polisi üçün avtomobil istehsal edən iri şirkətlərdən biridir. Bu günlərdə istehsalçı polis xidməti üçün nəzərdə tutulmuş F0150 Police Responder pikapını təqdim edib. Bu pikap xüsusi olaraq uzun müddətli təqiblər üçün hazırlanıb.
Yeni polis pikapı 375 at qüvvəsinə malik olan 3,5-litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Polis avtomobili dördqapılı kabinası və 167 santimetrlik kuzovu olan F-150 Super Crew modelinin bazasında yaradılmışdır. Polis pikapının maksimal sürəti 160 km/saatdır. Lakin, yardıcılarının bildirdiyinə görə, əsas məsələ avtomobilin dözümlülüyüdür.
F-150 Police Responder uzun müddətli təqiblər üçün yaradılmışdır.
Avtomobil tamamilə yeni soyutma sisteminə, iri və daha effektiv əyləc mexanizmlərinə, yeni köndələn dayanıqlılıq stabilizatoruna, 18-düymlük təkər disklərinə və kuzovun alt hissəsinin güclü müdafiəsinə sahib olub.
Pikapın salonunda polis bazasına daimi çıxışı olan notbuk və rabitə avadanlığı quraşdırılıb.
Ön oturtacaqlar möhkəm dəri ilə örtülmüş, onaların kürək hissəsinə polis əməkdaşlarını arxa tərəfdən hücumdan qorumaq üçün dəmir lövhələr quraşdırılıbdır. Arxa oturacaqlar “asan yuyulan” vinil ilə üzləniblər.
Pikapın hazırlanmasında ABŞ və Kanada polisinin 26 əməkdaşı iştirak edib. Hazırda Ford şirkəti Explorer ofroderinin, Taurus və Fusion sedanlarının bazasında polis avtomobilləri istehsal edir. Expedition, F-150 və Transit modellərinin bazasında isə xüsusi modellər istehsal edilir. Keçən il Ford xüsusi xidmətlərə 46000 avtomobil çatdırıb ki, bu da polis avtomobillərinin 60 faizini təşkil edir.