Ford şirkətinin rəhbərləri 2017-ci ilin F-150 Raptor pikapının imkanları haqqında məlumat verməklə bərabər, bu imkanları nümayiş etdirən videoçarxları hazırlamaq qərarına gəlmişdir. Amerikan şirkəti bu qəbildən olan altı reklam çarxını hazırlamaq niyyətində olduğunu bəyan etmişdir. Bu günlərdə Ford şirkəti ilk videoçarxı izləyicilərin nəzərinə təqdim etmişdir. Bu videoçarxda Ford F-150 Raptor modelinin Mohave çölünü fəth etdiyi göstərilir. Videoçarxın süjetinin əsas qayəsi avtomobilin yolsuzluq şəraitində necə idarə olunduğunun və onun manevr qabiliyyətlərinin nümayişidir. Sonrakı videoçarxlar avtomobili dizaynına və asqı sisteminin işləməsinə həsr ediləcəkdir.
Qeyd etmək lazımdır ki, yeni pikap haqqında məlumat çox azdır. Belə ki, Ford şirkəti avtomobilin təhciz ediləcəyi 3,5-litrlik V6 EcoBoost mühərrikinin texniki xarakteristikalarını açıqlamamışdır.
Şirkət nümayəndələri yeni mühərrikin standart pikapda quraşdırılan eyni həcmli mühərrikdən daha güclü olacağını bildirmişlər. Amerikan şirkətinin vitse-pörezidenti Rac Nair mühərrikin gücünün 450 at qüvvəsi olduğunu bildirsə də, bu məlumat rəsmi olaraq təsdiqlənməmışdır.
Yeni piklapı 10 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edəcəkdirlər ki, bu qutunun hazırlanmasında da alüminium ərintilərindən istifadə edilmişdir. Avtomobilin asqı sistemi də ciddi dəyişikliklərə məruz qalmalıdır.
Bundan əlavə, pikap 17-düymlük təkər diskləri ilə də təchiz ediləcəkdir. Əgər Ford şirkətinin planlarında dəyişiklik olmasa, Ford F-150 Raptor modelinin istehsalına bu ilin üçüncü rübündə başlanışmalıdır.