Ford şirkəti F-150 pikapının ən güclü modifikasiyasını - R prefiksli Raptor modelini nümayiş etdirib. Gözlənildiyi kimi, pikapın ekstremal versiyası Mustang Shelby GT500 superkarından götürülmüş 5,2-litrlik Predator V8 mühərrikinin “boğulmuş” versiyasını alıb: 770 at qüvvəsinin əvəzinə mühərrik 710 at qüvvəsi və 868 Nm fırlanma anı hasil edir. Mühərriki yolsuzluqda istifadəyə adaptasiya etmək və orta sürətlərdə məhsuldarlığını artırmaq üçün yenidən işləyiblər.

Ford Performance V8 mühərrikinin etibarlılığını artırmaq üçün onu paslanmayan poladdan tökülmüş kollektor, xüsusi yağ radiatoru və filtri ilə təchiz edib, mexaniki kompressoru isə yenidən tənzimləyib.

Hava qəbuledicisinin həcminin 66 faiz artırılması mühərrikin daha səmərəli soyudulmasına şərait yaradır. Güc aqreqatı 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Ötürmə - ön oxu birləşdirmək üçün muftası olan tam ötürmə sistemidir.

Maksimal güc baxımından Raptor R pikapı ən yaxın rəqibi, səkkizsilindrli mühərriki 712 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən 1500 TRX modelindən geri qalır. Lakin Ford pikapı nəzərəçarpacaq dərəcədə yüngüldür: Raptor R modelinin çəkisi 2699 kiloqramdır ki, bu da V6 mühərriki olan Raptor pikapında olduğundan cəmi 45 kiloqram, Ram 1500 TRX modelindən isə, 181 kiloqram azdır.

Ekstremal pikap xarici rezervuarları və elektron idarəetməsi olan Fox amortizatoralrını alıb, qalan cəhətdən asqı demək olar ki, dəyişməyib. Raptor R versiyası standart olaraq 37 düymlük təkər diskləri təklif edilir. Belə disklər adi Raptor üçün opsiyadır. Klirens 28 millimetr artaraq 333 millimetrə çatıb, giriş və çıxış bucaqları 33,1 və 24,9 dərəcə olub.

Vizual fərqlər cüzidir: R variantı qara bamperlərə və təkər tağlarına, barmaqlıqdakı xüsusi ad lövhələrinə, dəyişdirilmiş kapota və yük platformasının qapısına malikdir. Karbon lifindən detallarla bəzədilmiş salonda qara rəngli həqiqi dəri və alkantara ilə üzlənmiş Recaro oturacaqları quraşdırılıb.

Ön paneldə “hava” üzərindən yenilənən SYNC multimedia sisteminin 12-düymlük sensorlu ekranı var. Avadanlıqlar siyahısında Trail Turn Assist manevr köməkçisi, ofroud kruiz-kontrolu, Trail One-Pedal Drive funksiyası və digər köməkçilər var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford F-150 Raptor R pikpaının qiyməti 109.145 dollardan başlayır. Müqayisə üçün, Ram 1500 TRX modeli üçün 80 min dollardan istəyirlər. Ford şirkətinin ekstremal pikapı 2023-cü ilin sonuna yaxın ABŞ-da satışa çıxarılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.