Ford şirkəti, bu ilin payızında satışları başlayacaq F-150 Raptor modelinin yenilənmiş variantını idarəetmə elektronikasının yeni rejimi olan Baja rejimi ilə təchiz etmək niyyətindədir. Amerikan istehsalçısının nümayəndələri bu rejimin "sərha ilə yüksək sürətlə hərəkət etmək" üçün nəzərdə tutulduğunu bildirmişlər.

Ford avtomobillərinin də iştirak etdiyi Baja 1000 yolsuzluq yarışına ithaf edilən Baja rejimi, sükan çarxındakı düymə ilə işə düşən altı xüsusi rejimdən biri olacaqdır.

Bu rejinmlər Normal, Sport, Weather, Mud/Sand və Rock Crawl rejimləriudir ki, ilk iki rejim adi yol şəraitində istifadə üçün nəzərdə tutlmuşdur.

Sonuncu iki rejim mürəkkəb hava şəraitində - qar və ya palçıqda, həmçinin daşlıq zonada hərəkət etmək üçündür.

Bütün rejimlər avtomobilin elektron təhlükəsizlik sistemlərinin, stabilizasiya sisteminin, sükan idarəetməsinin, akselerator pedalının, transmissiyanın iş rejimini, ön Torsen differensialının və ABS sisteminin tənzimləmələrini dəyişmək imkanına malikdirlər.

Baja rejimi isə, akselerator pedalının və terkşn-kontrolun tənzimləmələrini "mühərrikin xəttvari həssaslığını artırmaq", eyni zamanda ötürmələrin daha yeyin həyata keçirilməsini və yüksək dövrələrdə bir ötürmənin uzun müddət saxlanılmasını təmin etmək üçün sazlanmışdır.

Ford F-150 Raptor pikapı Ecoboost ailəsindən olan 3,5-litrlik V6 turbomühərriki və ötürmələri sükanaltı dəstklər vasitəsi ilə etməyə imkan verən doqquz pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilmişdir. Avtomobil keçən il keçirilmış Detroyt avtosalonunda təqdim edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt