Amerikan Ford F-150 pikapının artıq xüsusi FX4 ofroud paketi və iki yolsuzluq üçün iki hazır modifikasiyası var - mülayim Tremor və ekstremal Raptor. Amma bu kifayət etməyib. Buna görə də, Ford F-150 Rattler yolsuzluq üçün nəzərdə tutulmiş ən “əlçatan” versiya olacaqdır.

Rattler versiyası Ford F-150 XL modifikasiyasının əsasında yaradılıb və xrom əvəzinə qara elementləri, minimal dekoru, parça ilə üzləmiş salonu və sadə avadanlığı ilə seçilir. Amerikada belə pikapın qiyməti 30 min dollardan başlayır. Rattler versiyası isə bir sıra təkmilləşdirmələri nəzərdə tutur. Bunlar altlığın əlavə müdafiəsi, gücləndirilmiş amortizatorlar, arxa differensialın kilid, enişdə yardımı sistemi və ofroud şinləri olan 18-düymlük təkər diskləridir.

Tam ötürmə sistemi standart təchizata daxildir, XL versiyası üçün isə bu opsiyadır. Eyni zamanda, Ford F-150 Rattler kuzovun üzərindəki “Rattler” yazıları və arxa bamperin altındakı buraxılış sisteminin iki çıxış borusu ilə fərqlənir. Pikap üçün üç benzin mühərriki təklif edilir: 2,7-litrlik V6 EcoBoost turbomühərrik (330 at qüvvəsi), həmçinin 3,3-litrlik V6 (294 at qüvvəsi) və 5,0-litrlik V8 (406 at qüvvəsi) atmosfer mühərriki. Güc qurğuları 10-pilləli “avtomat” ilə tandemdə çalışırlar.

Tremor və Raptor modifikasiyaları fiziki şəxslər üçün nəzərdə tutulsa da, yeni Rattler ilk növbədə korporativ parklara və fəhlələrə ünvanlanıb. Ford F-150 Rattler pikapları payızda satışa çıxarılacaqlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.