TS Designs atelyesi təkmilləşdirilmiş Ford Super Duty ağır pikapını nümayiş etdirmişdir. Tüninq keçmiş avtomobil teni aerodinamik parçalar dəstinə və 26-düymlük təkər disklərinə sahib olmuşdur.
Forgiato Sincro adını almış təkər diskləri xüsusi olaraq atelyenin sifarişi əsasında Super Duty pikapı üçün hazırlanmışdır. Disklər iri ölçüləri ilə bərabər unikal dizayna və rənglənməyə də malikdir. Öz növbəsində aerodinamik parçalar dəsti avtomobilə aqressiv görkəm bəxş etmişdir. Təəssüflər olsun ki, tünerlər avtomobildə baş vermiş texniki dəyişikliklər barədə məlumat verməmişdirlər. Lakin, pikapın xarici görməki onun çox şeylərə qadir olduğunu bildirir. İstənilən halda TS Design atelyesinin daha bir unikal layihəyə imza atdığı aşkardır.
Ən mürəkkəb işləri görmək üçün istehsal edilən ağır pikapın tüninqə məruz qalması özü bir unikal hadisədir.