Yeni Ford F-Series Super Duty ailəsinin təqdimatı bir ay bundan əvvəl keçirilib, lakin pikapların əsas xüsusiyyətləri yalnız indi açıqlanıb. “Mavi Oval” alıcılarını məyus etməyib: Super Duty RAM 3500 HD modelinin yedəkləmə rekordunu qırıb və Chevrolet Silverado HD modelini də üstələyib.

Yeni Ford Super Duty tam çəkisi 18,143 kiloqram olan qoşqunu yedəyə almağa qadirdir. Bu isə, əvvəlki rekordun 1315 kiloqram yaxşılaşdırıldığından xəbər verir! Bununla belə, belə qoşqunu yedəyə alan pikap yalnız  507 at qüvvəsi və 1627 Nm fırlanma anı hasil edən turbodizel və opsional Max Tow paketi ilə təchiz edilmiş model ola bilər. Əsas şərtlərindən biri də qoşqunun kuzov dayağına Gooseneck sxeminə uyğun olaraq bağlanmasıdır.

Benzin versiyalarının alıcıları daha təvazökar texniki xüsusiyyətlərlə razılaşmaq məcburiyyətində qalacaqlar: 7,3-litrlik V8 Godzilla mühərriki ilə (436 at qüvvəsi, 658 Nm) təchiz edilmiş pikapın yedəyə aldığı qoşqunun maksimal çəkisi 9980 kiloqramdır ki, bu da öz sinifində rekord sayıla bilər. Ən əlçatan Ford Super Duty modeli isə, 411 at qüvvəsi və 603 Nm fırlanma anı hasil edən yeni 6,8-litrlik V8 mühərriki ilə hərəkətə gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxa ötürməli Ford F-Series Super Duty modelinin baza versiyası 44.000 dollara başa gələcəkdir. Tam ötürmə sistemi “ikinci” XLT təchizatından başlayaraq bütün pikaplar üçün standartdır. Qiymət cədvəli daha sonra dərc ediləcəkdir, lakin zəngin təchizatlı ağır pikapların təxminən 100 min dollara başa gələcəyi artıq aydındır. Pikapların müştərilərə çatdırılmalarına 2023-cü ilin yazında başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.