“Ford Ferrariyə qarşı” filminin qəhrəmanı olan mavi rəngli Ford GT40 modeli Mecum hərrac evi tərəfindən keçiriləcək hərracda satılacaqdır. Qeyd etmək lazımdır ki, “La Manın 24 saatı” marafonun qalibinin surətindən filmin çəkilişləri zamanı istifadə edilib: avtomobili Ken Maylzın rolunu ifaçısı Kristian Beyl idarə edib.
Bir nömrəli Ford GT40 modelinin surətinin inşasını Kaliforniyada yerləşən Superformance atelyesi həyata keçirib. Filmin çəkilişlərindən xəbər tutan atelye avtomobili 20th Centry Fox kinoşirkətinə təklif edib. Avtomobil prodüserlərin o qədər xoşuna gəlib ki, onu “Ford Ferrariyə qarşı” filminin baş avtomobil qəhrənamı rolunda çəkiblər.
Zahiri cəhətdən Superformance atelyesinin məhsulu 1966-cı ilin yarış avtomobilini dəqiqliklə təkrarlayır. Atelye mütəxəssisləri avtomobilin livreyasının, şüşələnməsinin və təkər disklərinin 100 faizlik bənzərliyini təmin ediblər.Atelyenin qürur mənbəyi isə interyerin detallarının yenidən canladırılmasıdır. Salonun tərtibat materialları, oturacaqlardakı gümüşü rəngli pərçimlər, tumblerlər, Motolita sükan çarxı, Smiths Instruments klassik cihazlar, ötürmələr qutusunun dəstəyi yarım əsirlik yarış avtomobilindəki kimidir.
Texniki cəhətdən isə iki avtomobil arasında böyük fərq var. Ford GT40 modelinin replikası 7,0-litrlik V8 mühərrikinin əvəzinə 600 at qüvvəsinin üzərində gücə sahib olan Roush 427IR V8 mühərrikinə sahibdir. Dördpilləli mexaniki qutu da öz yerini 5-pilləli RBT/ZF transmissiyasına verib. Modelin şassisi də müasirdir: avtomobil müstəqil asqıya, H&R idman yaylarına, Bilstein amortizatorlarına və Wilwood disk əyləclərinə malikdir.
“Ford Ferrariyə qarşı” filminin uğuru çəkiliş rekvizitinin rekord qiymətə satılmasına təkan verə bilər. Ken Maylzın orijinal bolidinin aurasını yaratmağa iki avtoqraf xidmət edəcəkdir: bunlar pilotun oğlu Piterin və Shebly American briqadasının texniki rəhbəri Çarli Aqapiunun imzalarıdır.