Yeddinci nəsil Fiesta modeli 2016-cı ildə debüt etsə də, onun platforması və kuzovunun tarixi 2008-ci ildən başlayır. Üstəlik, hetçbek hələ də üçqapılı kuzovla təklif olunur. Xatırladaq ki, digər avtomobil istehsalçıları artıq üçqapılı hetçbeklərdən imtina ediblər. Tamamilə yeni Fiesta modelinin nə zaman debüt edəcəyi sual altında olsa da, Ford şirkəti yalnız Avropada satılan modelin daha bir modernizasiyasını həyata keçirib.

Yığcam hetçbekin eksteryer dizaynında baş vermiş dəyişikliklər yeni ön bamperdən, ölçüləri böyüdülmüş radiator barmaqlığından və fərqli kapotdan ibarətdir. Yeni kapot dəyişdirilmiş profilə və düzləşdilmiş ön ucluğa malikdir. Radiator barmaqlığında isə daha iri ölçülü emblem yerləşdirilib. Qeyd etmək lazımdır ki, Fiesta modelinin hər bir versiyasının özünəməxsus barmaqlıq naxışı var.

Fiesta modeli lk dəfə olaraq ön LED fənərlər ilə təchiz edilir və onlar artıq standart avadanlıq siyahısına daxildırlər. Əlavə ödəniş qarşılığında ön adaptiv matrisa fənərlərini və diodlardan hazırlanmış arxa işıq texnikasını sifariş etmək olar. Nəhayət, təkər disklərinin dizaynı dəyişdirilib (seçim üçün yeddi variant təklif olunur) və kuzovun rəng palitrası genişləndirilib.

Salondakı ən əhəmiyyətli yenilik 12.3-düymlük ekrana və bir neçə tərtibat seçiminə amlik olan opsional virtual cihazlar panelidir. Daha sadə versiyalarda isə, analoq cihazlar paneli quraşdırılır. Sync 3 mediasistemi müasirləşdirilsə də, əvvəlki kimi səkkiz düymlük ekranla təchiz olunur.

Ford Fiesta Avtive

Fiesta əvvəl də adaptiv kruiz-kontrol və avtomatik parklanma sisteminə malik idi, indi isə Focus modelindən tanış olan Wrong-Way Alert sistemini əldə edib: əgər sürücü səhvən əks istiiqamətli zolağa girərsə, elektronika (sistem ön kamera və naviqatorun məlumatlarına əsaslanır) həyəcan siqnalı verməyə başlayacaqdır.

Təchizat çeşidinə əvvəlki kimi Trend, Titanium, ST-Line və Active səviyyələri daxildir. Ən zəngin Vignale versiyası müstəqil “döyüş vahidi” kimi ləğv edilib. Ancaq sadalanan üç versiya (baza versiya istisna olmaqla) üçün tərkibinə dəri salon, genişlənmiş dekor və iri təkər diskləri (17 və ya 18 düymlük) daxil olan Vignale dəstini sifariş etmək olar.

Ford Fiesta ST

Modelin mühərrik çeşidindən 75 at qüvvəli 1,1-litrlik baza atmosfer mühərriki çıxarılıb. Keçən il çeşiddən yeganə dizel mühərriki də çıxarılmışdı. Artıq hetçbek yalnız 1,0-litrlik üçsilindrli EcoBoost benzin turbomühərrikləri ilə təklif edilir.

Mühərrikin baza versiyası 100 at qüvvəsi hasil edir, 125 və 155 at qüvvəli variantlar isə, kəmərli ötürməsi olan 48 voltluq startyor-generator şəklində hibrid əlavəyə malikdirlklər. Bütün versiyalar - altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışırlar. Yeddi pilləli Powershift “robotu” isə, yalnız 125 at qüvvəli versiya üçün sifariş edilə bilər.

Ford Fiesta Van

“Qaynar” Ford Fiesta ST hetçbeki də baza model ilə eyni yenilənmələri alıb. Ön matrisa fənərləri “qaynar” hetçbekin standart təchizatına daxil edilib, salonda isə yeni oturacaqlar quraşdırılıblar. 1,5-litrlik üçsilindrli EcoBoost turbomühərriki əvvəlki kimi 200 at qüvvəsi hasil edir, lakin güc qurğusunun maksimal fırlanma anı 290-dan 320 Nm-ə artırılıb.

Bununla birlikdə, pasport üzrə dinamika yaxşılaşmayıb: alternativsiz mexaniki transmissiya ilə təchiz edilən Fiesta ST modeli 100 km/saat həddini 6,5 saniyəyə toplayır. “Qaynar” hetçbekin maksimal sürət həddi 232-dən 230 km/saata qədər azaldılıb. Əlavə ödəniş qarşılığında özükilidlənən Quaife differensialını quraşdırmaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Fiesta Active kross-hetçbeki qara plastikdən kuzov dəstinə, artırılmış klirensə, həmçinin Trail və Slippery “off-road” hərəkət rejimlərinə malikdir. Ford, eyni zamanda üçqapılı hetçbekə əsaslanan furqonu da çeşiddə saxlayıb: belə avtomobillər əsasən İngiltərədə və Avropanın bir sıra ölkələrində satılır. Yenilənmiş Ford Fiesta ailəsi 2022-ci ilin əvvəlində satışa çıxarılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.