Üçüncü nəsil “qaynar” Ford Fiesta ST hetçbeki Performance versiyasına sahib olub. Belə avtomobil Deep Orange rənginə boyanır və təkmilləşdirilmiş texniki hissə ilə təchiz edilir.
Ford Fiesta ST Performance Edition modelinin əsas hissəsi onun asqısıdır. Hetçbek xüsusi tənzimləmələrə, daha sərt Ford Performance Blue yaylarına, həmçinin sıxılmaının 12, qaytarmanın 16 rejiminə malik olan tənizmlənən amortizatorlara sahib olub. Avtomobilin klirensi öndə 15, arxada isə 10 millimetr azaldılıb. Asqı elementlərinin işini optimallaşdırmaq üçün Ford mühəndisləri “qaynar” hetçbeki Nürburqrinqdə sazlayıblar.
ST-3 top modifikasiyasının bazasında inşa edilmiş Performance Edition versiyasının təchizatına Quaife özüqapanan differensial, lonç-konrol, cihazlar panelindəki əlavə indikatorlar, Bang&Olufsen səs sistemi və LED fənərlər daxil edilib. Performance Edition adi Fiesta ST modelinin disklərindən yeddi kiloqram yüngül olan 18-düymlük təkər disklərini əldə edib.
Ford Fiesta ST Performance Edition əvvəlki kimi 1,5-litrlik üçsilindrli turbomühərrik ilə təchiz edilir. Güc aqreqatının hasilatı 200 at qüvvəsi və 290 Nm-dir. Fiesta ST modeli 100 km/saat həddinə 6,5 saniyəyə sürətlənir və 232 km/saat maksimal sürət həddinə malikdir. 600 nüsxəlik məhdud saylı tirajla buraxılacaq hetçbek yalnız Böyük Britaniyada satılacaqdır. Onun qiymətinin 25500 funt sterlinq olacağı gözlənilir.