Ford şirkətinin Avropa bölməsi 2021-ci ilə qədər hər bir minik avtomobilini elektrikləşdirilmiş versiya ilə təchiz etməyi planlaşdırır. Bu yolla, Ford şirkətinin təklif etdiyi elektrikləşdirilmiş modellərin sayı 18 çatmalıdır. Bu modellər arasında elektrokar, adi və qoşulan hibridlər olacaqdır.
Bu qəbildən olan modellərdən biri də hibrid mühərriki ilə təchiz edilmiş Fiesta modelidir. Eksteryer və interyerində dəyişiklik olmayan hetçbek 48 voltluq startyor-generator ilə təchiz edilmiş benzin mühərrikinə sahib olub. Elektrik əlavəsi sürətlənmə zamanı benzin mühərrikinə yardım edir və qənaətcilliyi 10% artırmış olur.
Fiesta modelində baş vermiş əsas yenilik 1,0-litrlik üçsilindrli EcoBoost mühərrikinin 155 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən versiyasıdır. Bu mühərrik əvvəlki 140 at qüvvəli versiyanı əvəz edib. Məhz bu mühərrik 20 Nm fırlanma anına malik olan 48 voltluq startyor-generator ilə təchiz edilir. Hibrid əlavə sürətlənmə zamanı mühərrikə yardım edir və aqreqatın qənaətcilliyinin yüksəlməsini təmin edir.
Eyni zamanda, 125 at qüvvəli mühərrik də hibrid əlavəyə sahib olub. Nəticədə onun qənaətcilliyi 5% artıb. Ən maraqlısı odur ki, mülayim hibridlər yalnız 6-pilləli mexaniki transmissiyası olan modifikasiyalar üçün əlçatandır.
Ford Fiesta yeni avtomatik transmissiyanı da əldə edib. Əvvəlki 100 at qüvvəli üçsilindrli turbomühərrik ilə tandemdə çalışan 6-pilləli avtomatik qutunu iki muftalı 7- pilləli "robot" əvəzləyib. İndi "robot" hibrid əlavəsi olmayan 125 at qüvvəli mühərriklə tandemdə çalışır.
Bunlarla yanaşı, Fiesta yenilənmiş interyerə də sahib olub: mediasistem yeni interfesi əldə edib, opsiyalara siyahısına isə, smartfonların naqilsiz doldurulması sistemi əlavə edilib. Elektron yardımçılar siyahısı da genişləndirilib: model adaptiv kruiz-kontrol, parkinq yardımçısı, yol nişanlarını tanıma sistemi və mühərrikin məsafədən işə salınması sistemləıri ilə təchiz edilə bilər. Şirkətdən təkmilləşdirmələrin səbəbini modelin satışlarının gecikməsi ilə əlaqələndirir.
Hetçbeklə yanaşı, mülayim hibrid gurğunu modelin Fiesta Van versiyası da alıb. Lakin, 155 at qüvvəli aqreqat Van üçün əlçatan deyil. Amma, Ford nümayəndələri yük versiyasının baqaj həcmi ilə öyünürlər. Elektrikləşdirmə baqajın həcminə təsir etməyib - həcm əvvəlki kimi 1 kub metrdir.
Ford Fiesta modelinin mülayim hibrid versiyaları Avropa bazarında 21.250 avrodan başlayan qiymətlər ilə satılır. Ən güclü 155 at qüvvəli variant üçün əlavə 1.500 avro ödəmək lazım gələcəkdir. Müqayisə üçün, 75 at qüvvəli 1,1-litrlik mühərrik ilə təchiz edilmiş baza variantı 13.450 avroya satılır.