Bir müddət bundan öncə, Ford şirkəti yeni nəsil Focus modelinin mart ayında keçiriləcək Cenevrə avtosalonunda deyil, aprel ayında təşkil ediləcək xüsusi tədbirdə təqdim edəcyini açıqlayıb.
Lakin, avtomobil cəsusları sayəsində dördüncü nəsil Focus hetçbekini aprel ayında deyil, elə bu gün görmək şansını əlavə etmişik. Macarıstanın vezess.hu saytı yeni hetçbekin Portuqaliyadakı çəkilişləri zamanı əldə edilmiş kamuflyajsız görüntüsünu dərc edib. Böyük ehtimalla, çəkilişi aparıan avtomobil Focus modelinin "qaynar" ST və yaxud ST-Line aerodinamik idman dəstinə malik olan modifikasiyasıdır. Buna avtomobilin ön qanadında olan emblem işarə edir. Artıq məlumat verdiyimiz kimi, dördüncü nəsil Focus üç modfikasiyada təqdim ediləcəkdir - universal, «idman» ST-Line və dəbdəbəli Vignale. Yeni model 50 kiloqram çəkiyə qənaət etməyə imkan verəcək modul platformasında inşa ediləcəkdir. Cəsus fotoşəkillərindən göründüyü kimi, avtomobilin ekteryerində ciddi dəyişikliklər olmalıdır.
Eksteryerin bir sıra elementlərini gizlədən rəngli örtüyün olmasına baxmayaraq, tam işıqdiodlarından olan ön fənərləri, arxa fənərlərin formasını, xromla örtülmüş radiator barmaqlığını və pəncərə xəttini müşahidə etmək mümkündür. Yeni avtomobil cari modelə nisbətən daha iri, geniş və yüngül olacaqdır. Modelin təkər bazası 50 millimetr geniş, çəkisi isə 50 kiloqram yüngül olacaqdır. Yeni Ford Focus modelinin mühərrik çeşidinə 100 -140 arasında gücə malik olan 1,0-litrlik üçsilindrli mühərrik, həmçinin 1,5 və 2,0-litrlik mühərriklər daxil olacaqdır.
Sonuncu mühərrik “qaynar” Focus ST modifikasiyasının kapotunun altında yerləşdiriləcəkdir. “Qaynar” modifikasiya ilə yanaşı avtomobilin elektrik və kuzovun müdafiə dəsti olan “yolsuzluq” variantları da buraxılacaqdır.