Ford Performance bölməsi GT kupesinin tarixi Heritage Edition kolleksiyasından olan növbəti xüsusi nəşrini nümayiş etdirib. Bu dəfə superkar keçən əsrin altımışıncı illərində mövcud olmuş Britaniyanın Alan Mann Racing yarış komandasına həsr ediləcəkdir. Alan Mannın komandası Ford ilə 1964-cü ildən başlayaraq əməkdaşlıq edib - komandanın qırmızı-qızılı rəngli livreyasını bir neçə yarışlarda qalib olmuş Falcon, Mustang, Cortina və Escort modelləri daşıyırdılar.
Məsələn, 1966-cı ildə, Alan Mann Racing komandasının mütəxəssisləri Sebrinqdə çıxış edən iki yüngülləşdirilmiş Ford GT40 kupesini hazırlayıblar. “Le Manın 24 saatı” yarışlarındakı qələbənin Shelby və GT40 MkII modeli ilə bağlı olmasına baxmayaraq, amerikan şirkəti yarış poqramında birbaşa iştirak etmiş Alan Mannın xatirəsini yad etmək qərarına gəlib.
GT supekarının xüsusi nəşrinin xaakteristikaları açıqlanmayıb - tizerdən Alan Mann Heitage Edition nəşrinin qırmızı rəngə boyanacağı, qızılı və ağ rəngli zolaqları, habelə kuzova həkk edilmiş 16 nömrəsini aldığı görünür. Bu nömrə 55 il bundan öncə mövcud olan prototipi bəzəyidi. Çox güman ki, Ford Performance bu və digər yollarla avtomobilin çəkisini azaltmağa cəhd edəcəkdir.
Alan Mann Racing komandasının şərəfinə buraxılmış xüsusi nəşr Heritage Edition seriyasındakı yeddinci model olacaqdır. İlk beş nəşr Ford şirkətinin müxtəlif böyük əhəmiyyətli qələbələrinə həsr edilmişdi, altıncı nəşri isə modelin tarixinin başlanğıcını qoyan 1964-cü ilin orijinal Ford GT kupesinə bənzətmişdilər.
Böyük ehtimalla, Alan Mannın şərəfinə buraxılmış xüsusi nəşr sonuncu olacaqdır, çünki gələn il modelin istehsalına son veriləcəkdir. Ford GT modelinin ümumi tirajı 1350 avtomobildən ibarətdir və onların hamısı çox sifariş edilib. Məlum məsələdir ki, ödənişlər də alınıb…
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.