Artıq Ford şirkəti yeni GT modeli üçün sifariş kitabını açdığı üçün, bu avtomobili 500 xoşbəxt sahibi əldə etdikləri unikal superkarın konfiqurasiya etməyə başlaya bilərlər. Ford şirkəti imkanlı müştərilərinin bütün tələblərini yerinə yetirməyə hazırdır və onlara avtomobilin eksteryerinin və interyerinin tərtibatı üçün müxtəlif variantlar təklif edir.
Ford GT superkarının kuzovu səkkiz müxtəlif rəngə boyana bilər. Bildiyimiz kimi, Ford şirkəti GT superkarını standart olaraq altı porşenli qara rəngli monoblok supportları olan Brembo karbon-saxsı əyləc sistemi ilə təchiz edir. Bununla belə, arzu edənlər bu supportları gümüşü, göy, narıncı və ya qırmızı rəngə boyatdıra bilərlər.
Opsional olaraq quraşdırılan karbondan hazırlanmış disklər, standart olaraq avtomobilin təchiz edildiyi döymə alüminium disklərə nisbətən bir kiloqram daha yüngüldürlər. Sifarişçilərin bu disklərin də rəngini - tutqun və ya parlaq, - seçmək şansı vardır. Bundan başqa, avtomobilin gələcək sahibi tutqun və ya parlaq rəngli, karbondan hazırlanmış və ya qara rəngli cihazlar panelini seçmək şansına da malikdirlər.
Avtomobillər alıcılara 2016-cı ilin sonlarında çatdırılacaqdırlar. Ford GT superkarının satış qiymətləri 400 min ABŞ dollarından başlayır.