«Car and Driver» dərgisnin yaydığı xəbərdə, bu günlərdə GT superkarının ilk buraxılışı üçün sifarişlərin qəbuluna başlamış Ford şirkətinin artıq yeddi min ədəd ərizə aldığı bildirilir. Xatırladaq ki, Ford GT superkarı iki il ərzində 500 ədəd məhdud sayda tirajla istehsal ediləcəkdir. 13 aprel tarixindən başlayaraq, amerikan istehsalçı onlayn-konfiquratoru işə salmış və GT superkarı üçün sifarişlərin qəbuluna başlamışdır. ABŞ-da sifarişlərin qəbuluna 12 may tarixində, Çin, Makau və Filippində isə 24 may tarixində son verlməsi nəzərdə tutulmuşdur. Bundan sonrakı 90 gün ərzində Ford şirkəti avtomobili əldə edəcək ilk şanslı müştəriləri seçəcəkdir.
Sifarişlərin qəbuluna başlamazdan öncə, amerikan istehsalçıı, avtomobilin sahibi olmaq istəyən müştərilər üçün bir neçə şərt irəli sürmüşdür. Misal üçün, istehsalçı avtomobilin gələcək sahiblərindən onu qarajda saxlamağı deyil, istifadə edilməsini tələb edir.
Bundan əlavə, Ford şirkəti potensial alıcının əvvəllər neçə amerikan markasına məxsus avtomobilinin olması və sosial şəbəkələrdə aktivliyi barədə də maraqlanmışdır. Bundan başqa, Ford GT superkarının gələcək sahibi avtomobili aldıqdan dərhal sonra onu satmayacağı barədə imzalanmış iltizam verməlidir.
Seriyaöncəsi Ford GT modeli 2105-ci ilin yanvar ayında Detroyt avtosalonunda debüt etmişdir. Superkar 3,5-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təchiz edilir. İstehsalçının iddiasına görə, turbomühərrik 600 at qüvvəsinin üzərində olan gücə malikdir. Onun qiyməti isə, vergilərsiz 400 min ABŞ dolları (600 min manat) təşkil edir.