Ford şirkəti dəbdəbəli Vignale xəttindən olan Kuga krossoverinin seriya variantını rəsmi olaraq təqdim etmişdir. Xatırladaq ki, bu avtomobilin prototipi bu ilin martında keçirilmiş Cenevrə avtosalonunda nümayiş etdirilmişdir. Yeni krossover Milano Grigo adlı eksklyuziv mirvari rənginə boyanmişdir ki, xüsusi radiator barmaqlığı və ön qanadlarda olan “Vignale” emblemləri ilə seçilir. Avtomobilin oturacaqları və qapı panellərindəki işləmələr bahalı açıq-qəhvəyi rəngli yüksək kefiyyətli dəri ilə örtülmüşdür.
Krossoverin ön paneli qara dəri ilə üzlənmişdir. Panellərin üzlənməsi və Ford modellərinin dəbdəbəli variantlarının detallarının yığılması amerikan şirkətinin İspaniyadakı zavodunun Vignale Centre mütəxəssisləri tərəfindən əl ilə həyata keçirilir. Misal üçün, krossoverin kuzovu iki saat ərzində əl ilə cilalanır, salondakı tikişlər və interyerin lazer tərəfindən kəsilən dəri elementləri əlavə yoxlamadan keçir.
Dəbdəbəli Kuga krossoverini Avropa bazarında 150 və 182 at qüvvəsi gücü olan 1,5-litrlik benzin, eyni zamanda 150 və 180 at qüvvəsi olan 2,0-litrlik dizel aqreqatları ilə təklif edilir.Vignale xəttindən olan Ford modelləri səkkiz düymlük sensorlu ekranı olan SYNC 3 mültimedia kompleksi, yüksək kefiyyətli səs sistemi, adaptiv kruiz-konrolla, aktiv səsboğucu sistem, kor zonalara, yol nişanlarına və zolaqlara nəzarət sistemi ilə təchiz edilir.

Hal-hazırda Vignale xəttində S-Max, Edge və Mondeo sedanlarının dəbdəbəli variantları təmsil edilmişdirlər. Vignale xətti 2013-cü ildə təqdim edilmişdir. Bu avtomobillər diler mərkəzlərində adi avtomobillərdən ayrı olaraq satılır. Hər bir Vignale modelini alan müştəri fərdi menecerlə təmin edilir, və ömürlük pulsuz avtoyuma xidmətlərindən istifadə hüququnu əldə etmiş olar.