Ford şirkəti GT superkarının yeni nəslinin xüsusi variantı olan 66 Heritage Edition modifikasiyasını təqdim etmişdir. Kupe amerikan istehsalçısının "Le-Manın 24 saatı" yarışlarındakı qalibiyyətinin 50 illiyinə həsr etmişdir. 50 il bundan öncə sutkalıq marafonun podiumu tamamilə Ford komandasının pilotlarından ibarət olmuşdur.
Yeni superkar, Bryüs Maklaren və Kris Eymonun idarə etdiyi və finiş xəttini ilk keçən 1966-cı ildə istehsal edilmiş orijinal Ford GT40 Mark II avtomobili xatırlatmalıdır. Yeni avtomobil qara-gümüşü rəngli yarış livreyası, 20-düymlük təkər diskləri, kuzova həkk edilmiş "2" nömrəsi və karbondan hazırlanmış kuzov dəsti ilə seçiləcəkdir.
Ford GT 66 Heritage Edition modelinin salonunda qara dəri ilə örtülmüş kompozit materiallardan əsası olan oturacaqları, mavi rəngli təhlükəsizlik kəmərlərini və cihazlar panelindəki qızılı rəngli işləmələri görmək olar. Ford GT superkarı 600 at qüvvəsi gücü olan 3,5-litlik altı silindirli iki turbokompressorlu mühərriklə hərəkətə gəlir.
Ford GT 66 Heritage Edition modifikasiyası məhdud sayda tirajla buraxılacaqdır ki, istehsalçı buraxılacaq avtomobillərin sayı barədə məlumat verməmişdir. Superkarın qiymətləri təxminən 400 min ABŞ dollarından başlayacaqdır. Bildiyimiz kimi, Ford GT modelindən 500 ədə buraxmaq niyyətindədir. Artıq yeddi min insan bu avtomobili almaq arzusunda olduğunu bildirmişdir.