Ford əfsanəvi Mustang Cobra adını yenidən canlandırmağa hazırlaşır. Şirkətin Ford Racing bölməsi tərəfindən yayımlanan qısa videotizer yeni modelin hazırlanmasını təsdiqləyir. Avtomobilin tam təqdimatı və texniki təfərrüatlarının açıqlanması isə 2027-ci ilə planlaşdırılıb.
Ford yeni Cobra-nı “yarışlardan doğan atmosfer mühərrikli ürəyə” malik avtomobil kimi təqdim edir. Bu ifadə modelin turbokompressorsuz mühərriklə təchiz ediləcəyinə işarədir. İlkin məlumatlara görə, söhbət mexaniki ötürmələr qutusu ilə birləşdirilmiş V8 mühərrikindən gedə bilər. Hasilat;n 600 at gücünü ötəcəyi ehtimal olunur. Lakin Ford hələlik bu göstəriciləri təsdiqləməyib.
Yeni Mustang Cobra-nın ayrıca model, xüsusi buraxılış, yoxsa hazırkı Mustang Dark Horse-dan daha yüksək mövqedə yerləşən versiya olacağı da məlum deyil.
Cobra adı Ford tarixində xüsusi yer tutur. Bu ad sonuncu dəfə kompressorlu V8 mühərriki ilə təchiz edilmiş Mustang SVT Cobra və Shelby modellərində, o cümlədən 2000-ci illərin əvvəllərindəki məşhur Terminator Cobra versiyasında istifadə olunub. Yeni modelin təqdimatına qədər onun mühərriki, güc göstəriciləri və texniki xüsusiyyətləri barədə əlavə məlumatların açıqlanması gözlənilir.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









