Ford şirkəti kuzovun rəngini dəyişən Ford Mustang Dark Horse superkarını təqdim edib. Bundan əlavə amerikan istehsalçısı "bərkgedən" Mustang Dark Horse modifikasiyası ilə bağlı yeni təfərrüatları açıqlayıb.

Fastbək yayda satışa çıxarılacaq, ötürmələr qutusunun dəstəyinin titandan başlığını və yüksək keyfiyyətli tərtibat materiallarını alacaqdır. Bu materialların arasında zamşa və əsl dəri də var. Maslkar üçün karbondan təkər diskləri nəzərdə tutulub. Əvvəllər belə diskləri yalnız Shelby GT350 və GT500 üçün təklif edirdilər.

Mustang Dark Horse kupesi əfsanəvi modelin son 20 ildə buraxılmış ilk "bərkgedən" versiyasıdır. Qeyd etmək gərəkdir ki, söhbət Shelby modellərindən getmir - bu müddət 2001-ci ildə təqdim edilən nisbətən əlçatan Mustang Bullit modeldən hesablanır.

Adi Mustang GT modeli kimi, Dark Horse versiyası da təkmilləşdirilmiş 5,0-litrlik səkkizsilindrli Coyote mühərriki ilə təchiz edilir. Fərq - Mustang Shelby GT500 modelinin komponentlərindən istifadədə və gücdədir:  493-ə qarşı 507 at qüvvəsi.

"Tünd atlar" standart olaraq altı pilləli Tremec (Mustang GT-də - Getrag) mexaniki ötürmələr qutusu ilə təchiz edilirlər. Kupe xüsusi yağ radiatoruna malikdir. Transmissiyanın dəstəyinin başlığı titandan hazırlanıb və mavi aksentlərlə bəzədilib. Alternativ olaraq, sükanaltı dəstəkləri olan 10-pilləli SelectShift “avtomatını” seçmək olar.

İnteryer tərtibatında zamşa və əsl dəridən istifadə olunur. Eyni zamanda, toxunma hissiyyatına xüsusi diqqət yetirilir. Məsələn, ön panelin teksturası toxunmuş karbon lifinə bənzəyir, dəri və vinil hissələr isə, xoş çoturluğa malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, Mustang Dark Horse özünəməxsus xüsusi rəngə malikdir - Metallic Blue Ember. Boyanın tərkibində iki növ piqment var - tünd göy və kəhrəba. Belə boya qatı müxtəlif işıqlandırma və baxış bucaqları altında soyuq və tünd çalarların unikal birləşməsini (color-shift və ya rəng dəyişikliyi adlanır) verir. Beləliklə, avtomobil sanki "rəngini dəyişir".

Belə avtomobillər gələn ilin yayında satışa çıxarılacaqlar. Daha sonra onlar üçün Carbon Revolution təkər diskləri əlçatan olacaqlar. Beləliklə, ilk dəfədir ki, Ford adi Mustang üçün kompozit təkər diskləri təklif edəcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.