Ford şirkəti, IHS Automotive analitik mərkəzinin məlumatına istinad edərək, Ford Mustang modelinin 2015-ci ildə dünyanın ən çox satılan idman avtomobili olduğunu iddia edir. Keçən ilin on iki ayı ərzində Ford şirkəti 141868 ədəd Mustang sportkarını satmışdır ki, bunlardan 30 mini kabriolet kuzovlu avtomobillərin payına düşür. Bununla belə, hər iki şirkət, müqayisə üçün digər idman avtomobilləri üzrə məlumatı dərc etməmişdirlər. IHS firmasının məlumatlarına görə, Mustang sportkarı 2015-ci ilin birinci yarısında da liderlik edirmiş.
IHS Automotive firması bildirir ki, 2015-ci ilin ilk altı ayında 76124 ədəd Mustang avtomobili satılmışdır. Eyni zamanda Ford Mustang bu il də liderliyini davam etdirir - mart ayında təkcə Şimali Amerikada 12563 ədəd Ford Mustang satılmışdır. Müqayisə üçün, Dodge Challanger və Chevrolet Camaro modelləri bu ilin üç ayı ərzində cəmi 12248 ədəd satılmışdır. Amerika Birləşmiş Ştatlarında Ford Mustang dörd mühərriklə təklif edilir.
Sportkarın baza variantı 310 at qüvvəli 2,3-litrlik dörd silindirli turbomühərriklə hərəkətə gəlir. Bundan başqa 300 at qüvvəli 3,7-litrlik V6, 435 at qüvvəli 5,0-litrlik və 526 qüvvəli 5,2-litrlik V8 mühərrikləri də sportkarın mühərrik qammasına daxildir.
Avtomobilin ən ucuz variantının qiyməti 24145 (36493 manat) dollar təşkil edir.