Qəza testlərini həyata keçirilməsində ixtisaslaşmış EuroNCAP təşkilatı Ford Mustang sportkarının qəza testlərini həyata keçirmişdir. Beş litrlik V8 mühərriki ilə təchiz edilmiş sportkar, sınaqların nəticəsinə görə, beş mümkün ulduzdan ikisinə layiq görülmüşdür.
Ford Mustang aşağı qiymətləri uşaqların müdafiəsi sahəsində almışdır.
Bu sınaqlar zamanı kupe 15,8 xal toplamışdır ki, bu da mümkün nəticənin 32 faizini təşkil edir. Mütəxəssislər, yandan tuqquşmalar zamanı arxa cərgədəki busterdə (uşaq oturacağında) əyləşən 10 yaşlı uşağın ciddi baş zərbələri aldığını aşkar etmişdirlər. Eyni zamanda, öndən toquşşmalar zamanı avtokresloda oturan altı yaşlı uşağın döş qəfəsinin müdafiəsinin aşağı səviyyədə olduğu qeydə alınmışdır. Bədənin digər hissələrinin müdafiəsi işə yaxşı və yetərli hesab edilmişdir. Bundan başqa, avtomobilin heç bir oturacağına i-Size standartlarına cavab verən uşaq avtokreslolarının quraşdırılması mümkün deyildir.
Kəmər ilə bərkidilən oturacaqlar isə istənilən halda müdafiəni təmin edə bilmirlər.
Kupe iki xalı (mümkün xalların 16 faizi) təhlükəsizlik kəmərinin bağlanmadığının xəbərdarlıq sisteminə görə əldə etmişdir. Qiyməti artıracaq digər aktiv və passiv təhlükəsizlik sistemləri Mustang modelində quraşdırılmamışdır. Bununla belə, böyüklərin müdafiəsi sahəsində Ford Mustang yüksək xala layiq görülmüşdür - maksimal mümkün xalların 72 faizi. Ən çox təhlükə, 100 faizli vurub keçmə zamanı, arxa sərnişinləri gözləyir. Piyadaların müdafiəsi sahəsində Ford Mustang 27 xal əldə etmişdir ki, bu da mümkün xalların 64 faizini təşkil edir. Mütəxəssislər piyadalar üçün ən təhlükəli yerin kapotun kənarı olduğunu qeyd etmişdirlər. Qeyd etmək lazımdır ki, Ford Mustang qəza testlərindən üzü ağ çıxmayan yeganə «masl-kar» deyildir. 2016-cı ildə Dodge Challenger amerikan yol təhlükəsizliyinin sığortası institutunun (IIHS) sınaqlarında pis nəticələr əldə etmişdir.