Keçən ilin noyabr ayında Ford şirkəti Mustang Mach-E elektrik krossoverini təqdim edərkən, Mach indeksinin elektrokara, üstəlik də krossoverə verilməsi bir çox Mustang həvəskarlarının narazılığına səbəb olmuşdu. Xatırladaq ki, vaxtı ilə Mustang Mach 1 adını keçən əsrin 60-cı illərdə buraxılan fastbək daşıyırdı
. Bir neçə il sonra, Mach 1 ikinci nəsil Mustang üçün opsiyalar dəstinə çevrildi və 2000-ci illərin ilk yarısında, Ford yalnız iki il müddətinə əfsanəvi adı yenidən geri qaytardı. Bununla birlikdə, Mach 1 adını qarşıda yeni qayıdış gözləyir: belə bir modifikasiya hazırkı modelin çeşidində təmsil olunacaqdır. Bunu təsdiq edən ilk şəkillər Ford şirkəti tərəfindən dərc edilib.
Yeni Mustang Mach 1 modeli, Ford Mustang kupesinin 5,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş və məhdud sayda buraxılacaq xüsusi versiyası şəklində geri dönəcəkdirBöyük ehtimalla, mühəndislər şassi üzərində işləyərək, mühərrikin gücünü artıracaqdırlar.
Mustang Bullitt versiyasında quraşdırılmış 5,0-litrlik V8 mühərriki 487 at qüvvəsi hasil edir. Bununla yanaşı, dərc edilmiş şəkillərdə prototipin qırmızı rəngli Brembo əyləc supportları, Sparco yarış oturacaqları və hətta təhlükəsizlik karkası ilə təchiz edildiyini görmək olar. Lakin, göstərilən yeniliklərin konveyerə çatmayacağı da istisna olunmur.
Yeni kuzov dəsti, klassik Mustang Mach 1 üslubunda hazırlanmış iki dəyirmi çuxuru olan radiator barmaqlığı, buraxılış sisteminin dörd iri çıxış borusu və baqaj qapağındakı iri arxa qanad xüsusi versiyanı baza kupesindən fərqləndirməyə yardım edəcəkdir.
Yeni Ford Mustang Mach 1 kupesi 2021-ci model iinin Mustang modeli olaraq elan edilib - yəni, xüsusi versiyanın təqdimatının önümüzdəki aylarda reallaşacağını ehtimal etmək olar.