Ford şirkəti Londonda keçirilən xüsusi tədbirdə Mustang Mach-E elektrik krossoverini rəsmi olaraq təqdim edib. Elektromobilin yürüş ehtiyatı 420 - 600 km, elektrik mühərriklərinin gücü isə 258 - 338 at qüvvəsi arasında dəyişir. Avropa bazarında satılan versiya zahiri cəhətdən şaquli hissələri çıxarılmış gündüz hərəkət işıqları, habelə yalançı radiator barmaqlığının qara konturu ilə fərqlənir.
Elektrokrossover Avropada üç təchizat səviyyəsində təklif ediləcəkdir: Mach-E RWD, Mach-E AWD və Mach-E First Edition. Birinci versiya arxa ötürməyə və iki batareya seçimi ilə təklif ediləcəkdir. Standart olaraq, krossover 258 at qüvvəsi və 415 Nm fırlanma anı hasil edən elektrik mühərriki və 75,7 kilovat saat tutumu olan batareya ilə təchiz ediləcəkdir. Belə variantın yürüş ehtiyatı 450 km (WLTP) olacaqdır.
Rekord yürüş ehtiyatına malik olan növbəti versiya isə, 98,8 kVs tutumu olan batareya sayəsində 600 km məsafə qət edəcəkdir.Bu krossover də arxa ötüməyə və 285 at qüvvəsi (415 Nm) hasil edən mühərrikə sahib olacaqdır.
Növbəti iki versiya tam ötürməyə malik olacaqdır. Onlardan birincisi standart batareya və ümumi hasilatı 258 qüvvəsi və 581 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə təchiz ediləcəkdir. Bu modifikasiyanın yürüş ehtiyatı 420 km olacaqdır. Elektrik mühərriklərinin hasilatə 338 at qüvvəsi və 581 Nm fırlanma anı olan ikinci versiya isə 540 km məsafə qət edəcəkdir.
Avropada təklif edilən elektrokrossoverin xəttini First Edition versiyası tamamlayacaqdır. Texniki cəhətdən krossover tamötürməli top-versiyanı təkrarlayacaq və zəngin avadanlıq siyahısı ilə seçiləcəkdir.
Bütün modifikasiyaların maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb. Arxa ötürməli krossoverlər ilk “yüzlüyü” toplamağa səkkiz saniyədən az, tam ötürməli krossoverlər isə, yeddi saniyədən az vaxt sərf edəcəklər.
Baza batareyasını 80 faizədək doldurulmasına 38 dəqiqə, "tutumlu" versiyanın isə 44 dəqiqə tələb olunur. Birinci variantı 115 kVt, ikinci isə 150 kVt qədər gücü olan dəyişən cərəyan mənbəyinə qoşmaq olar.
Şirkət keçən həftə elektrik krossoverinin əvvəlcə ABŞ bazarında deyil, Avropada satılacağını bəyan edib. Elektrokarlar ilk növbədə, belə nəqliyyat vasitələrinə tələbatın yüksək olduğu Norveçdə və digər Avropa ölkələrində satışa çıxarılacaqdırlar. İlk nüsxələrin müştərilərə çatdırılmasına cari ilin dördüncü rübündə başlanacaqdır.