Ford Mustang Mach-E krossoveri bir neçə kiçik dəyişikliyi əldə edib. Şirkətdən bildirildiyinə görə, onları elektrokarın hazırki və gələcək sahibləri əlavə etməyi istəyiblər. Odur ki, bu yenilənməni daha çox səhvlər üzərində aparılmış iş adlandırmaq olar. Məsələn, elektrik krossoverinə istilik nasosu əlavə edilib: qışda o, qiymətli elektrik enerjisinə qənaət edərək, güc qurğusundan gələn istiliklə salonu qızdıracaq. Həmçinin ön sərnişinlərin ayaq zonasında daha çox məkan və daha geniş fərdiləşdirmə variantları peyda olub.
Yeni Sport Appearance dəsti Mustang Mach-E Premium versiyasını Mustang Mach-E GT modelinə bənzər edib. Dəstə orijinal radiator barmaqlığı, təkər tağlarının örtmələri və parlaq qara rəngli kandarlar, oturacaqlardakı qırmızı tikişlər və idman pedalları daxildir. Standart təchizata havalandırılan ön oturacaqlar daxildir, bundan başqa, krossover opsional olaraq yeni 1.5 veriyada olan BlueCruise avtopilotu ilə təchiz edilə bilər. O, hərəkət sürətinə nəzarət edə və qarşıdakı avtomobilləri ötmək üçün avtomatik olaraq zolaqları dəyişə bilər.
Kuzov boyalarının palitrası da genişləndirilib. Palitraya üç yeni çalar daxil edilib: Molten Magenta Metallic Tinted Clearcoat, Velocity Blue Metallic və Desert Sand. Mustang Mach-E Rally üçün Dark Carbonized Gray diskləri də daxil olmaqla, üç təkər diskləri variantı əlavə edilib. Dəyişikliklər güc qurğusuna təsir etməyib. Krossoveri əvvəlki kimi, bir elektrik mühərriki, ikimühərrikli GT və top Rally versiyalarında sifariş etmək olar. Top versiya GT versiyasında opsional Performance Upgrade sisteminin, habelə çınqıllı və torpaq yollar üçün RallySport hərəkət rejiminin mövcudluğu ilə fərqlənir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.