Ekstremal Ford Mustang GTD modeli 2023-cü ilin yayında debüt edib, 2024-cü ilin sonunda isə, Nürburqrinqdə ən yeyin amerikan avtomobili olub. Lakin, 325 min dollarlıq qiyməti və məhdud saylı tirajı onu əksər pərəstişkarlar üçün əlçatmaz edir. İndi amerikan istehsalçısı bəzi texniki xüsusiyyətləri GTD modelindən götürmüş Mustang Dark Horse SC kupesini nümayiş etdirib.

Görünüş baxımından yeni model adi “mustanqlardan” fərqli bamperləri, daha böyük ön hava girişləri və daha böyük arxa diffuzoru ilə fərqlənir. Tərkibinə karbondan təkər diskləri, Michelin Pilot Sport Cup 2 R şinləri və təkmilləşdirilmiş aerodinamik elementlər daxil olan opsional Track Pack dəsti də mövcuddur.

Bundan əlavə, havalandırma girişi olan alüminium kapot soyutmanı optimallaşdırır, böyük spoyler və antiqanad isə, 290 km/saat sürətində arxa tərəfdə 281 kiloqrama qədər  yerəsıxma qüvvəsini təmin edir. Nəhayət, opsional Track Pack dəsti təchiz olunmuş avtomobilin çəkisini təxminən 68 kiloqram azaldır. Salon tərtibatında alkantara və karbondan istifadə olunur. Əlavə ödəniş müqabilində Recaro oturacaqlarını sifariş etmək olar,  Track Pack dəsti isə, arxa oturacağın yerinə rəfin quraşdırılmasını nəzərdə tutur.

GTD modelindən götürülmüş 5,2-litrlik V8 turbomühərriki yeddi pilləli ikimuftalı Tremec “robotu”  ilə birlikdə işləyir, lakin mühərrikin gücü hələlik açıqlanmayıb. Mustang GTD modelində bu mühərrik 826 at qüvvəsi, standart Dark Horse versiyasının 5,0-litrlik atmosfer mühərriki issə, 507 at qüvvəsi hasil edir.

Avtomobil həmçinin Brembo firmasının karbon-keramika əyləcləri, asqının döymə üsulu ilə hazırlanmış qolları, maqneziumdan dayaq çubuğu və yeni MagneRide amortizatorları ilə təchiz edilir. Mustang GTD versiyası Kanadanın Multimatic şirkəti ilə əməkdaşlıqda hazırlanmış xüsusi şassiyə, əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş kuzova və Transaxle sxeminə malik olsa da, Dark Horse SC versiyasında standart konfiqurasiya tətbiq edilib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiymət barədə məlumat verilməyib, lakin adi Ford Mustang Dark Horse modelinin qiyməti  64.080 dollardan, Premium təchizat səviyyəsindəki versiyanın isə, 69.075 dollardan başlayır. ABŞ-da Dark Horse SC modifikasiyanın ilkin satışları bu yaz başlanmalıdır, müştərilərə çatdırılmaların isə, bu ilin yaylna planlaşdırıldığı bildirilir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.