Amerikada dünən demək olar ki, milli bayram keçirilib: Detroyt avtosalonunun açılışı ərəfəsində yeni Ford Mustang modeli debüt edib. Yeni model, son illərdə təkcə ABŞ-da deyil, həm də dünyada ən çox satılan idman avtomobili tituluna sahib olan əfsanəvi maslkarın yeddinci nəslidir. Məsələn, keçən il Ford 70.000 Mustang modelini satıb ki, onların da 76 faizi ABŞ-ın payına düşür.

Mustang modelinin xiridarları məmnun olmalıdırlar: Mustang yeddinci nəsildə də tanınan kimliyini qoruyub saxlayıb. O, elektromobilə çevrilməyib, hibrid olmayıb və hələ də tam ötürməyə malik deyil. Ümumilikdə, yeddinci nəsil, 2014-cü ildə debüt etmiş əvvəlki modelin dərin modernizasiyadan keçmiş versiyasıdır - öndə McPherson dayaqları, arxada isə müstəqil asqısı olan platforma və hətta yeni modelin əksər aqreqatları əvvəlki modellə eynidir. Ford Mustang əvvəlki kimi kupe və yumşaq qatlanan damı olan kabriolet kuzovu ilə təklif edilir.

Modelin dizaynı yenidən nəzərdən keçirilib və o, Mustang modelinin birinci nəslinə eyham vuran ön fənərlərdəki yuvarlaq projektorlardan məhrum edilib. Mustang indi düzbucaqlı bölmələri olan LED fənərlərə malikdir. “Turbodördlükləri” və V8 mühərrikləri olan versiyaların ön hissəsi fərqli dizayna malikdirlər: səkkiz silindrli Mustang modellərini radiator barmaqlığındakı əlavə bölmələr sayəsində asanlıqla tanımaq olar. Fərdiləşdirmə proqramı daha geniş olub: hətta əyləclər üçün qara, qırmızı və ya mavi supportları sifariş etmək olar, lakin bu mahiyyətə heç bir təsir göstərməyəcəkdir.

Təkər bazası 2 millimetr qısalaraq 2718 millimetr olub. Modelin ümumi uzunluğu isə əskinə 23 millimetr artaraq 4811 millimetrə çatıb. Arxa kuzov çıxışı bir qədər qısalıb  və bu dəyişiklik baqajın həcminə də təsir göstərib: kupenin baqaj bölümünün həcmi əvvəlki 382 litr əvəzinə 377 litr olub. Tərtibatçılar, arxa təkər tağlarını daha həcmli etdiklərini söyləyirlər, lakin bu, avtomobilin qabarit eninə  (1915 millimetr) təsir göstərməyib. Versiyadan asılı olaraq, 17-20 düymlük təkər diskləri quraşdırıla bilər.

Amerikada salonunun həcmini açıqlamaq adətdir və bu sahədə də dəyişlik olmayıb: salonun həcmi əvvəlki nəsildəki kimi 2,34 kubmetrdir. Bununla belə, interyer yenidən işlənib. Tərtibatçılar alıcıların məhz bunu istəyirdiklərini iddia edirlər: indi ön paneldə günəşlikləri olmayan özündə iki ekranı birləşdirən vahid panel var. Cihazlar paneli bir neçə ekran rejimə malik olan 12,4-düymlük displeyə malikdir.

Sync 4 media sistemi daha böyük - 13,2-düymlük ekranı alıb, iqlimə nəzarəti sisteminin də idarəedilməsi də ona həvalə olunub, mərkəzi konsolda isə, yalnız bir neçə “qaynar” düymə və səsi tənzimləyən düymə qalıb. “Hava” üzərindən yenilənmə də təmin edilib. Yeni seçimlər arasında salonun qabaqcıl kontur işıqlandırması və qadcetlərin simsiz doldurulması meydançası da var. Bundan başqa, yeni Mustang modelində maraqlı bir funksiya mövcuddur - mühərriki məsafədən işə salmaqla yanaşı, həm də açar-pultdakı düymənin köməkliyilə yerindəcə qaz vermək olar. Odur ki, “vau” effektinə zəmanət verilir.

Mustang elektromexaniki dayanacaq əyləcini alıb, lakin mexaniki qoşulması olmayan ənənəvi dəstək salonda saxlanılıb. Bu təkcə üslub xatirinə deyil, həm də driftçiləri sevindirmək üçün edilib. Avadanlıq siyahısında zolaqda saxlama və yol nişanlarını tanıma funksiyası olan müasir Co-Pilot360 adaptiv kruiz-kontrolu da var.

Baza mühərriki sayılan 2,3-litrlik dördsilindrli EcoBoost mühərriki artıq yeni nəsildəndir: əvvəlki eyni həcmli mühərriklə müqayisədə daha uzun gedişə malikdir. Coyote ailəsinin ən güclü nümayəndəsi olan 5,0-litrlik V8 atmosfer mühərriki modernləşdirilib. Təəssüf ki, Ford hələlik aqreqatların göstəricilərini açıqlamayıb, lakin mühərriklər mütləq əvvəlki Mustang modelində quraşdırılanlardan (müvafiq olaraq 314 və 456 at qüvvəsi) daha güclü olublar.

Hər iki aqreqat həm altı pilləli Getrag mexaniki transmissiyası (V8 mühərrikli avtomobillər üçün əlavə olaraq, ötürmələr zamanı dirsəkli valın sürətini tənzimləyən sistem nəzərdə tutulub), həm də GM konserni ilə birlikdə hazırlanmış 10-pilləli “avtomat” ilə təchiz edilə bilər.  Artıq bazada yüksək sürtünməli differensial və altı idarəetmə rejimi var: Normal, sport, Slippery, Drag, Track və fərdiləşdirilən Custom.

Əlavə ödəniş qarşılığında Performance Pack dəsti təklif olunur. Buraya ön dayaqlar arasında quraşdırılan dirək, MagneRide adaptiv amortizatorları, özükilidlənən Torsen differensialı, daha iri Brembo əyləcləri və daha geniş arxa təkərlər daxildir. Ayrıca, idarə olunan çəpərciləri olan"acıqlı" buraxılış sistemini  və Recaro oturacaqlarını sifariş etmək olar. Daha qabaqcıl GT Performans Pack dəstinə mühərrikin əlavə yağı radiatoru və əyləclərin təkmilləşdirilmiş soyutma sistemidir.

Ancaq bu, hamısı deyil. Yeni Ford Mustang modelinin çeşidində Dark Horse versiyasının ayrıca yeri var. Onun tərkibinə Preformance paketinin sadalanan bütün elementləri ilə yanaşı, həm də gücləndirilmiş asqı, əlavə aerodinamik kuzov dəsti və altı porşenli mexanizmləri olan ön Brembo əyləcləri daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dark Horse versiyasının 5,0-litrlik V8 mühərrikinin gücü təxminən 500 at qüvvəsinə qədər artırılıb, Getrag mexaniki transmissiyasınin əvəzinə isə, daha davamlı Tremec qutusu quraşdırılır. Bununla belə, əlavə ödəniş müqabilində 10-pilləli "avtomatı" da sifariş etmək mümkün olacaqdır. Opsiyalar arasında həmçinin karbondan hazırlanmış yüngül təkər diskləri və Handling Package (artırılmış yerəbasma qüvvəsi ilə) dəsti var.

Bundan başqa, Ford yeni Mustang modelini tanıtmaq üçün ən geniş yarış proqramını hazırlayıb. Satış üçün Dark Horse S (“soyundurulmuş” salon, təhlükəsizlik qəfəsi, yarış oturacaqları, yanğınsöndürmə sistemi) və Dark Horse R (əlavə olaraq kuzov gücləndirilib, yarış diskləri və böyüdülmüş yanacaq çəni quraşdırılıb) trek versiyaları hazırlanacaqdır. Sonradan Ford Mustang sportkarı GT3 və GT4 yarışlarında, Nascar və NHRA Factory X seriyalarında iştirak edəcəkdir. 2024-cü ildə isə, sportkar Le Manda debüt edəcəkdir!

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 “Mülki” avtomobillərin satışlarına 2023-cü ilin yayında başlanmalıdır. Hazırda təqaüdə göndərilən Ford Mustang modelinin ABŞ-dakı satış qiyməti 27,500 dollardan başlayır. V8 mühərrikləri ilə təchiz olunmuş modellər üçün isə, 38,000 dollar tələb edirlər. Yeni model daha bahalı olmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.