Ford məşhur Mustang modelinin 60-illik yubileyinə həsr olunmuş bayram tədbirlərini davam etdirir. Xüsusi versiyalarla yanaşı, amerikan istehsalçısı maslkarın yeddinci nəslinin sahibləri üçün bir neçə sürpriz də hazırlayıb və bunlardan biri 60-cı illərin Mustang modelinin orijinal cihazlar panelinə bənzəyən rəqəmsal cihazlar panelinin tərtibatıdır. Retro üslubunda tərtibatı quraşdırmaq pulsuzdur və onu “hava” üzərindən yükləmək mümkündür.

Qrafik sxemdəki taxometr və spidometr 1967-1968-ci illərin klassik Mustang modellərinə ithafdır və “xrom haşiyələrə” malikdirlər. Yan tərəflərdəki yanacaq və temperatur səviyyələrinin göstəricilərinin dizaynı da dəyişdirilib. Dizaynerlər kölgələri təqlidi olan realistik "rəqəmsal xrom" üzərində dayanmazdan əvvəl yüzlərlə müxtəlif variantları nəzərdən keçiriblər. Sutkanın qaranlıq vaxtlarında cihazlar paneli yaşıl rəngdə işıqlanır.

Image alt Image alt Image alt

“Klassik paneli” artıq yükləmək mümkündür. O, cari Mustang modelinin bütün versiyalarının sahibləri üçün əlçatandır. Ford şirkətindən bildirildiyi kimi, bu panel hazırki maslkarı Mustang modelinin tarixindəki ən yaxşı sportkara çevirəcək bir sıra yüklənə bilən OTA (Over the Air) yeniləmələrinin başlanğıcı olacaq.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.