Ford şirkəti qəza hallarında bədənin təhlükəsizlik kəmərlərinin altına sürüşməsinin qarşısına alan oturacaqları qeydiyyatdan keçirib. Bu oturacaqların aşağı hissəsində kiçik təhlükəsizlik yastıqlarının qoyulması təklif edilir.
Tədqiqatların məlumatlarına əsaslanan Ford şirkəti tənzimlənən bud dəstəkləri olan oturacaqları fikirləşib. Oturacaqların aşağı hissəsində olan iki üfürülən yastıq bir-birindən asılı olmayaraq çalışır və öndən toqquşmalar zamanı zərbənin gücünü udmaq qabiliyyətinə malikdirlər bilər.
Onlar oturacağın yastığını qaldıraraq “submarining” effektinin - sürücü və sərnişinin təhlükəsilik kəmərinin altına sürüşməsinin qarşısını alır. Bu vəziyyət qəza zamanı daxili orqanalrın ciddi zədələnməsinə gətirib çıxara bilər .Yeni sistemin nə zaman tətbiq ediləcəyi açıqlanmayıb.