Ford şirkətinin idman bölməsi olan Ford Performance sonuncu nəsil Musatng kupesi üçün təkmilləşdirmələr proqramını təqdim edib. Amerikan şirkətinin mütəxəssisləri 2,3-litrlik EcoBoost və 5,0-litrlik V8 mühərrikinin gücünü artırmağı təklif edirlər.

Dörd silindirli turbomühərrik əlavə 25 at qüvvəsinə və 95 Nm fırlanma anına malik olmuşdur. Artıq bu mühərrik 335 at qüvvəsi və 528 Nm fırlanma anı təklif edir. Güc xaralteristikalarının yüksəldilməsinə mühərrikin idarəolunması sisteminin proqram təminatının dəyişdirilməsi sayəsində nail olunmuşdur. Ən güclü 5,0-litrlik mühərrik üçün isə üç təkmilləşdirmə proqramı təklif edilir. İlkin olaraq idarəetmə blokunun proqramının dəyişdirilməsi və yeni növ hava filtrinin quraşdırılması təklif edilir. Bu halda mühərrikin gücü 13 at qüvvəsi, fırlanma anı isə 21 Nm artaraq, 448 at qüvvəsinə və 562 Nm çatdırılır. İkinci dəst buraxılış sisteminə Shelby GT350 modelindən komponentlərin əlavə edilməsini nəzərdə tutur. Bu mühərrikin göstəricilərini 21 at qüvvəsi və 32 Nm artırmağa imkan verir. Sonuncu üçüncü dəst  mühərrikin «qırmızı zonasının» 7500 dövr/dəqiqəyə çəkilməsini nəzərdə tutur ki, bu da 435 at qüvvəsinə və 541 Nm fırlanma anına 37 at qüvvəsinin və 6 Nm əlavə edilməsinə şərait yaradır. Təkmilləşdirmələr dəstini həm mexaniki, həm də avtomatik sürətlər qutusu ilə təchiz edilmiş avtomobillər üçün sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt