Ford şirkəti və Ford Performance bölməsi sosial şəbəkələrdə 23 iyunda Qudvudda keçiriləcək Sürət Festivalında təqdim edəcəkləri naməlum sirli yenliyə həsr olunmuş qısa videoçarxı paylaşıblar. Videoçarxda onun ticarət avtomobili olacağına dair ipucu var - burada Avropada yüngül ticarət avtomobilləri üçün istifadə olunan Ford Pro sub-brendindən bəhs edilir. Tizerin başlığında şirkət “elektrikləşdirilmiş nəsə” hazırladığı deyilir. Çox güman ki, söhbət hibrid və ya sırf elektrik qurğusu ilə təchiz edilmiş avtomobilindən gedir.
Elektrikli ticarət modeli haqqında nəzəriyyə ən real görünəndir, çünki Ford şirkəti artıq 2024-cü ilə qədər dörd belə avtomobilin peyda olacağını açıqlayıb. Ford Performance bölməsi isə, öz növbəsində, Qudvudda keçiriləcək Sürət Festivalında nümayiş etdiriləcək yeniliyin hansısa xüsusi versiyasını hazırlaya bilər. Videoda avtomobilin yalnız ön optikası - fənərləri arasında uzanan işıqlı zolaq əks olunub.
Transit modelinin hansısa güclü versiyası Qudvudda nümayiş etdiriləcəyini güman etmək olar - ya hibrid, ya da elektrik güc aqreqatı ilə. “Yaşıl” Transit modeli 2020-ci ildən mövcuddur, o, e-Transit adlanır və arxa oxda quraşdırılmış 269 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. 2022-ci ildə isə Ford ticarət avtomobilləri çeşidini e-Transit Custom elektrik furqonu ilə genişləndirib.
Növbəti iki il yarım ərzində Ford şirkətinin “yaşıl” cərgəsi elektrik Transit Courier, habelə Tourneo Custom və Tourneo Courier sərnişin furqonları ilə genişlənəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.