Plastikdən olan tullantılar artıq bütün dünyada böyük bir probleminə çevrilib. Ford şirkəti bu tullantılardan səmərəli istifadə yolunu tapıb.
Son 20 ildir ki, Ford yenidən emal edilmiş plastikdən öz avtomobillərində istifadə edir. Bu müddət ərzində Ford şirkəti ildə 1,2 milyard ədəd plastik şüşəni emal edib. Məsələn, hər bir Ford EcoSport krossoveri 470 ədəd 0,5-litrlik plastik şüşədən hazırlanmış ayaqaltılarla təchiz edilir.
Ford artıq 650 milyon şüşəni emal edib. Emal edilmiş şüşələrin ümumi çəkisi 8262 ton təşkil edir. Əgər bu şüşələrdən zəncir hazırlansaydı, onu Yer kürəsinin ətrafında iki dəfə dolandırmaq olardı. İstehsal olunun bir yeni avtomobildə emal edilmiş materialların istifadə olunması konsernin üstünlük verdiyi məsələlərdən biridir.
Plastiki ayaqaltılara çevirmək üçün plastik şüşələr xırdalanır, sonra isə 260 dərəcədə qızdırılır. Alınmış kütlədən insan tükü qalınlığında saplar düzəldilir, sonra isə onları liflərə çevirərək ayaqaltıları toxuyurlar.