Ford şirkəti, Amerikan təcrübi uçan aparatlar asossiasiyasının xeyriyyə hərracında satılması nəzərdə tutulan xüsusi F-150 Raptor pikapını təqdim edib. Avtomobil yeganə nüsxədə hazırlanıb və Lockheed Martin F-22 Raptor qırıcısına ithaf edilib.

Pikapın texniki hissəsinin hazırlanmasına Ford Performance bölümü, xarici görkəminə isə şirkətin dizayneri Melvin Betankur cavabdeh olub. Xüsusi pikapı adi Ford F-150 Raptor modelindən yeni radiator barmaqlığına və qırıcı təyyarənın siletu olan yan güzgülərin gövdəsinə, F-22 yazılarına, «çil-çırağa» və yolsuzluq şinləri ilə təchiz edilmiş yeni təkər diskləri ilə ayırd etmək olar.

Pikap gücü 95 at qüvvəsi artırılmış 3,5-litrlik altı silindrli mühərriklə hərəkətə gəlir. Bu aqreqat 545 at qüvvəsi hasil edir. Avtomobil həmçinin təkmilləşdirilmiş asqıya və daha güclü əyləc mexanizmlərinə sahib olmuşdur. F-150 Raptor F-22 pikapının satışından nə qədər vəsait əldə edləcəyi barədə də məlumat verilməmişdir.

Adi F-150 Raptor pikapı 49 - 73 min dollar arasında qiymətə malikdir. Çox güman ki, nadir pikapın qiyməti 100 min dolları keçəcəkdir. Yanvar ayında ilk Ford F-150 Raptor modeli Barrett-Jackson hərracında 157 min dollara satılmışdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt