Ford şirkəti yeni Ranger pikapının Tremor adlı daha bir modifikasiyasını təqdim edib. Müştərilərin istəyini nəzərə alan amerikan istehsalçısı, yeni ofroud dəstinin köməyi ilə pikapın yolsuzluq imkanları artırıb.
Ford şirkəti, Ranger Tremor modifikasiyasının pikapın bütün mövcud olan variantları arasında, yükgötürmə qabiliyyətinə və dartma imkanlarına xələl gətirmədən çətin yol şəraiti üçün uyğunlaşdırılmış "ən yolsuzluq" versiyasının olduğunu bildirir. İyun ayında avtomobil Ford Performance şöbəsi tərəfindən hazırlanmış üç ofroud dəstini əldə edib. Bu paketlər təkmilləşdirmələrin miqyası və dekoru ilə fərqlənir.
Ranger Tremor modeli ilə adi pikap arasındakı əsas fərq hidravlik stuporlu bir borulu Fox 2.0 amortizatorları, yenidən tənzimlənmiş yayları və sərtliyi azaldılmış köndələn dayanıqlılıq stabilizatorları olan asqısıdır.
SuperCrew 4x4 paketi ilə təchiz edilmiş standart Ford Ranger pikapı ilə müqayisədə Tremor modifikasiyasının klirensi 0,8 düym (təxminən 20 millimetr) artaraq 9,7 düymə (246 millimetrdən çox) bərabər olub. Pikapın giriş bucağı 30,9 dərəcəyə (+ 2,2 dərəcə), çıxış bucağı isə 25,5 dərəcəyə (+ 0,1 dərəcə) qədər artıb. Rampanın bucağı 2,7 dərəcə artırılıb və hazırda 24,2 dərəcə təşkil edir.
Pikapın 17-düymlük təkər disklərinə 32-düymlük Continental General Grabber şinləri taxılıb. Ranger Tremor altlığın əlavə müdafiəsini, arxa differensial kilidini, seçim üçün dörd profili olan Terrain Management System hərəkət rejimləri sistemini və daha yaxşı ilişməni təmin etmək üçün təkmilləşdirilmiş dartma vektoruna nəzarət sistemini əldə edib.
Bundan əlavə, Tremor paketinə ön paneldə quraşdırılmış altı düyməli idarəetmə bloku olan bucurqad və xüsusi staylinq daxildir. Radiator barmaqlığı qırmızı dekoru olan fərqli haşiyəyə sahib olub, pikapın kuzovu Tremor emblemləri ilə bəzədilib, salonda isə zamşadan işləmələri olan üzlüklərlə örtülmüş oturacaqlar quraşdırılıb.