Ford şirkəti avtomobilləri borclulardan avtomatik müsadirə etməyə imkan verən funksiyanı hazırlayıb. Şirkətin hazırda patentləşdirdiyi yeni texnologiya Systems and Methods to Repossess a Vehicle (“Nəqliyyat vasitəsinin müsadirə sistemi və metodları”) adlanır. Yaradıcıların fikrincə, yeni texnologiya borcluların avtomobilindəki bir sıra opsiyaları bloklamağa imkan verəcəkdir. Bundan əlavə, ciddi borc olduqda, avtopilotla təchiz edilmiş modellər müstəqil şəkildə banka və ya zibilxanaya yollanacaqlar.

Avtomobil sahibi kredit üzrə ödənişi gecikdirərsə, sistem avtomatik olaraq kruiz-kontrolu, oturacaqların yaddaşını və ya multimedia sisteminin bəzi komponentlərini söndürəcəkdir. Növbəti addım kondisionerin, qapı kilidlərinin işinin bloklanması, həmçinin sürücü avtomobilə əyləşdikdə xəbərdarlığın işə salınması olacaqdır.

Image alt Image alt Image alt

Sonuncu mərhələdə texnologiya avtomobilin avtomatik götürülməsini təmin edir. Yarımavtonom idarəetmə sistemləri ilə təchiz edilmiş avtomobillər uzaqdan verilən əmr əsasında əvvəlcədən müəyyən edilmiş məntəqəyə yola düşəcək, oradan isə evakuatorla götürülərək banka təhvil veriləcəkdir. Qabaqcıl avtopilotu olan modellər isə müstəqil şəkildə birbaşa kredit təşkilatına yollanacaqlar. Bank işçiləri avtomobilin müsadirəsini məqsədəuyğun hesab etməsələr, avtomobil avtopilot rejimində zibilxanaya gedəcəkdir.

Mütəxəssislər yeni sistemi avtomobil sahiblərinin xəbəri olmadan proqram təminatının məsafədən yenilənməsi prosesində avtomobilə quraşdırılmağı planlaşdırırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.