Ford şirkəti yolsuzluq avtomobilləri üçün nəzərdə tutulan avtonom idarəetmə sistemi üzərində işləyir. Amerikan şirkətinin patent aldığı texnologiya, avtomobillərə sərbəst şəkildə marşrutda olan mürəkkəb hissələri qət etmək imkanı verəcəkdir.

Off-road.com bloqunun məlumatında, yolsuzluq avtopilotunun əsasını maneələrin xarakteristikalarını müəyyən edərək onları qət etməyin təhlükəsiz olub-olmadığını hesablayan mikrokompyüter və sensorların (lidar, ultrasıs vericiləri) təşkil edəcəyi bildirilib. Aşma təhlükəsi ehtimalı yaranarsa, sistem sürücü və sərnişindən avtomobili tərk etməyi xahiş edəcək, sonra isə sərbəst şəkildə hərəkətə davam edəcəkdir. Eyni zamanda, ofroderi smartfon və ya naqilsiz kontrollerin köməyi ilə uzaq məsafədən idarə etmək də mümkün olacaqdır.

Avtopilotun digər vacib elementi klirensi, yayların və amortizatorların sərtliyini tənzimləmək qabiliyyəti olan tam adaptiv asqı olacaqdır. Sistem əyləcləmək, asqının tənzimləmələrini dəyişmək və hər bir təkərin bir-birindən asılı olmayaraq kuzova nisbətən olan vəziyyətini dəyişmək bacarığına da malik olacaqdır. Patentdə sistemin iri daşları müəyyən edərək "rok-kroulinq" rejimini də işə salmaq qabiliyyətinin olduğu da qeyd edilibdir. Yeganə məsələ əsil off-road həvəskarlarının bu sistemə olan münasibətidir. Nə fikirləşirsən, Kamran Əsədov?