Ford şirkəti diler mərkəzlərində texniki xidmət keçməyin yeni üsulunu fikirləşmişdir. İstehsalçı servisə yazılmanı asanlaşdıracaq SmartService Kiosk terminalını Panasonic şirkətinin Şimali Amerikadakı bölməsi ilə birlikdə hazırlamışdır.
Terminallar texniki xidmət keçmə prosesini avtomatlaşdırmağa yardım edəcəkdir. Terminal gün ərzində 24 saat işləyir, açarı qəbul edir və qaytarır, gərək olan xidmət növünü seçməyə və görülmüş xidmətləri bank kartı ilə ödəməyə yardım edir. Qeydiyyat proseduru avtomobil sahibinin adının, telefon nömrəsinin sensorlu ekranda daxil edilməsi ilə başlayır. Eyni zamanda, sürücülük vəsiqəsindəki kodu skan etməklə bu prosesi həyata keçirmək də olar. Sonra avtomobil haqqında məlumat daxil edilir və açarın qaytarılması üçün gizli PİN-kod yaradılır. Problemin mətn şəkilində təsvirini yazmaq və yaxud siyahıda olanlardan seçmək də mümkündür.
Açarı təhvil verdikdən sonra avtomobil sahibinin elektron poçtuna xüsusi QR-kod göndərilir ki, avtomobili götürən zaman bu kod skanerdən (PİN-kodu da daxil etməklə) keçirilməlidir. Yeni terminalların sınağına Miçiqan ştatının Birç Ran şəhərindəki diler mərkəzlərində keçiriləcəkdir. Aparılmış sınaqların nəticəsinə görə, terminalların kommersiya istismarına buraxılması barədə qərar qəbul ediləcəkdir.