Avropada ekoloji problemlər ön planda olduğu halda bizim paytaxtımızda nədənsə bu məsələ o qədər də aktual deyildir. Bu heç də paytaxtımızda olan ekoloji vəziyyətin Londondakı vəziyyətdən dəfələrlə yaxşı olmasına dəlalət etmir. Bununla yanaşı, Böyük Britaniya krallığının paytaxtının havasının təmiz saxlanılması daima şəhər icra hakimiyyətinin gündəmindədir.

Ekologiyaya olan belə diqqət və qayğı avtomobil istehsalçılarının da nəzər-diqqətindən yan keçməmişdir. Elektromobil və hibrid güc aqreqatı ilə hərəkətə gələn avtomobillərin klassik daxili yanacaq mühərriki olan avtomobillərə nisbətən üstünlük təşkil etməməsinə baxmayaraq, avtomobil istehsalçıları israrla ekoloji cəhətdən təmiz olan nəqliyyat vasitələrinin yaradılmasına üstünlük verirlər. Bu günlərdə Ford şirkəti Londonun yollarına 20 ədəd hidbrid güc aqreqatı ilə təchiz edilmiş ən yeni Transit minivenlərini burxmaq niyyətində olduğunu açıqlamışdır. Məqsəd paytaxt rəhbərliyinin qəbul etdiyi «Yaşıl proqram» siyasətinin çərçivəsində hibrid qurğulu avtomobillərin üstünlüklərini nümayiş etdirməkdir. Xatırlatmaq istərdik ki, bu proqram çərçivəsində 2018-ci ildən başlayaraq Londonda elektriklə hərəkətə gələn taksilərin istimata biraxılması nəzərdə tutlmuşdur.

Paytaxt meriyasının sifarişi ilə Ford şirkəti 20 ədəd hibrid Transit furqonunu təqdim edəcəkdir. Sınaq «donanması» Britaniya paytaxtının küçələri ilə yürüşə bu ilin payızında başlamalıdır. Ehtimal edilir ki, sonradan başqa Avropa şəhərlərində bənzər «yaşıl proqramlar» da həyata keçiriləcəkdir.

Xatırlatmaq istərdik ki, hibrid güc aqreqatı ilə təchiz edilmiş Ford Transit furqonlarının seriya istehsalına 2019-cu ildə başlanacaqdır. Ümid edirik ki, Bakı şəhər İcra hakimiyyəti də bu sayaq «yaşıl proqramı» hazırlayaraq həyata keçirəcəkdir. Məncə paytaxtımızın ekologiyasına diqqəti artırmaq zamanı artıq gəlmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt