Ford şirkəti yeni Bronco və Ranger ofrouderlərini geri çağırır. Səbəb - bu modellərin təkərlərinin yeridən çıxması təhlükəsinin olmasıdır. Bu ilin fevral ayında istehsal olunmuş 2023-cü model ilinin avtomobillərdə zavod qüsuru aşkarlanıb - sol təkərin boltları kifayət qədər bərkidilməyib.

Bu, hərəkət zamanı təkərlərin yerindən çıxmasına səbəb ola bilər. Ford şirkəti geriçağırmanın ABŞ-da aparıldığını və 1434 avtomobilə aid olduğunu bildirib. Onlardan yalnız 19 faizi potensial təhlükəlidir.

Ford Bronco

Bronco və Ranger modelləri Ford şirkətinin Miçiqandakı zavodunda yığılırlar. Avtomobillərdəki təkərlər avtomatlaşdırılmış rejimdə bağlanılırlar, lakin bu işə cavabdeh olan robotlardan biri sıradan çıxıb və təmirə göndərilib.

Nəticədə fevral ayında ofrouderlərinin təkərləri əl ilə bağlanılmış və bu hal nasazlığa gətirib çıxarıb. Tam şəkildə sıxılmamış boltlar ucbatından  artıq vibrasiya və kənar səs-küy peyda ola bilər, ən pis halda isə təkərlər yerindən çıxa bilərlər.

Ford Ranger

Ford şirkəti 9-13 fevral 2023-cü il tarixləri arasında Miçiqandakı zavodun konveyerindən çıxmış 992 ədəd Bronco və 442 ədəd Ranger modelini yoxlamaq və təmir etmək üçün geri çağırır. Bu avtomobillərinin sahiblərinə servis mərkəzinə baş çəkmək zərurəti barədə məlumat göndərilib və mütəxəssislər avtomobillərin təhlükəsizliyinə əmin olana qədər onları istismar etməkdən çəkinmək tövsiyə olunub.

Ford şirkəti ən azı bir avtomobilin təkərinin yerindən çıxdığını və digər avtomobilə zərər verdiyi barədə məlumatın olduğunu bildirib. Hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.